Oğuz-Qəbələ-Bakı su xəttindəki qəza aradan qaldırıldı - Xəttə su doldurulur

Oğuz-Qəbələ-Bakı su kəmərinin 228-ci kilometrində baş verən qəzanın aradan qaldırılması işləri yekunlaşıb.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Adalet.az-a verilən məlumata görə, hazırda xəttin su ilə doldurulması prosesinə başlanılıb.
Qəza baş vermiş xəttə borunun zədələnmiş hissəsi xüsusi texnika vasitəsilə çıxarılaraq yeni boru ilə əvəzlənib. Su sızmaların qarşısını alınması məqsədilə boruların birləşmə yerlərində möhkəmləndirmə və hidroizolyasiya işləri aparılıb.
Kəmər içməli su ilə doldurulduqdan sonra su Bakı şəhəri və Abşeron yarımadasının müvafiq anbarlarına ötürüləcək. Məhz bu prosesin ardından iyunun 20-i axşam saatlarından etibarən abonentlərin əvvəlki rejimlə su ilə təminatı həyata keçiriləcək.
Xüsusilə diqqətə çatdıraq ki, iri həcmli magistral su kəmərlərində təmir-bərpa prosesində əsas vaxt aparan mərhələ - magistral kəmərin boşaldılması və yenidən doldurulması mərhələləridir.
Hazırda Oğuz-Qəbələ-Bakı su kəməri ilə qidalanan ərazilərin alternativ mənbələr hesabına qrafikdən kənar su ilə təmin olunmasına çalışılır.
Digər Xəbərlər

Sabah 41° isti olacaq

Çimərliklərdə bu nəqliyyat vasitələrini sürmək - QADAĞANDIR + FOTOLAR

Çimərliyə gedənlərin NƏZƏRİNƏ! - FHN-dən çimərliklərlə bağlı əhaliyə ÇAĞIRIŞ - VİDEO

Bu tarixədək 41 dərəcə isti olacaq

Prezident Xocalının Xanyurdu kəndinə köçən bir qrup sakinlə görüşdü - FOTOLAR + YENİLƏNİB

Prezident Ağdamda məktəb açılışında - FOTOLAR

Bakıya çəyirtkələrin kütləvi axını - SƏBƏB NƏDİR? – VİDEO
