adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
08 Sentyabr 2017 13:55
155703
RUBRİKA

"O zalım oğlu hardan gəlib yuxuma girib..." - YUXU QAPISI

Yuxu həyatın tərs üzüdür. Bizimhər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur.Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içindətez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrindəəli cibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr,düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızınsakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içindəeynən çöl boyu yüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bukütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajıolmayan film kimi. Məşhur psixoanaliz Ziqmund Froyd yuxular haqqında"Yuxuların yozumu" kitabını yazmışdır. Froyda görə, yuxular bizimşüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı” rubrikasının budəfəki qonağı teleaparıcı, jurnalist Rahil Sayadoğludur. Adalet.az müsahibənitəqdim edir.

-Froyda görə, yuxu mənasız birşey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildəgerçəkləşməsidir. Sizin fikriniz necədir?

-Əslində yuxu ilə bağlı fikirlərim çoxməhduddur. Sadəcə Froydun fikirləri ilə tanışlıqdan sonra mənə məlum olub ki,yuxu alt şüurda yığılıb qalmış fikir selidir. İnsan gün ərzində bir çox şeylərdüşünür, bir çox faktların, hadisələrin şahidi olur. Amma onların çoxu haqdadərindən düşünmür. Həmin fikirlər üzdə qalır. Beyində "həll olunmur”. Obrazlışəkildə desək, həmin fikirlər şəkər tozudur, beynimiz də çay. Şəkər tozu çayaəlavə edilib, amma qarışdırılmayıb. Biz yatanda isə həmin fikirlər "qaşıqlaqarışdırılır” və biz o fikirlərin görüntülü təsviri ilə qarşılaşırıq. Amma birməsələ var ki, yuxumuza girən fikirlər xaotik olur, heç bir nizama sahib deyil.Ona görə də 20 il əvvəlki hadisəylə 1 saat öncəki hadisə eyni anda yuxumuzdabirləşə bilər.


-Yuxularınız həyatınıza necətəsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

- Qətiyyənplanlarımı yuxuya görə qurmuram. Ümumiyyətlə yuxuları ciddi qəbul etməməyəçalışıram. Özümə əlavə narahatlıq mənbəyi yaratmaq istəmirəm. Yuxuları da dərdeləsəm, beynim pozular. (gülür) Yuxular isə həyatıma ciddi formada heç bir təsirgöstərməyib. Sadəcə olur ki, yuxuların təsirindən çıxa bilmirsən və gün ərzindəhəmin təsir ucbatından əhvalın yaxşı olmur. Bu da adətən keçici olur.


-Yuxudan sonra onun yozumlarıhaqda baş sındırırsız?

- Yuxu yozumu uşaqlıqdan mənidüşündürən məsələ olub. Əslində bu yozumlar düşünmürəm ki, tamamilə boş vəmənasız bir şeydir. Çünki uzun illərin təcrübəsindən süzülüb gəlib. Amma həm dəbu yozumlarda məntiq tapa bilmirəm. Yuxuda armud görürəm, amma aylarla armudyemirəm. Nə deməkdir ki, bu? Sadəcə nə vaxtsa armud haqda düşünmüşəm, ya kimsəarmudla bağlı nəsə danışıb. Bunun nəyini yozasan axı?! (gülür)


-Yuxuların mistik hadisəolduğuna inanırsınızmı?

-Yuxuların mistikası var məncə. Çünki olduqca sirli-sehirli mövzudur və hələ dətam olaraq elmi izahı olmayan bir sahədir. Məsələn, hardasa oxumuşdum ki,yuxuda gördüklərimiz əslində cəmi 4-5 dəqiqəlikdir. Yəni gecədən səhərə qədəraz qala tam metrajlı film uzunluğunda yuxu görürük, amma səhv etmirəmsəgördüklərimizin xronometrajı əslində 4-5 dəqiqəni (bəlkə də daha az) keçmir.


-Gördüyünüz yuxular çin olurmu,ya da əksinə?

-Gördüyüm yuxuların çin olub olmadığınıxatırlamıram. Məncə olmayıb. Amma yaxın ətrafımda olan insanların yuxuları çinçıxır. Məsələn, bacım mənim qəbul imtahanımdan bir gün əvvəl 524 baltopladığımı görmüşdü. Yuxudan durub bunu mənə dedi. Dedim ki, ola bilməz. Çünkison sınaqda 587 bal toplamışdım. Qəbul imtahanından sonra yolda gələ-gələhesabladım, balım 560-ı keçirdi. Sevinirdim. Sonra Space Tv-dən nəticələrlətanış olduq və gözlənilməz səhvlərim ucbatından balım düşdü. Nəticə bizi şokasaldı: 524 ! Hamımız bacıma baxdıq. Bu necə ola bilər axı? Adam toplayacağımbalı dəqiqliyi ilə yuxuda görüb. Gəl indi yuxuların mistikasına inanma... (gülür)


-Həyatınızda gördüyünüz ən yaddaqalan yuxu və ən gözəl yuxu hansılardır?

- Yuxularım zaman keçdikcəyaddaşımdan silinir. Çox dəxlsiz yuxular görürəm. Təsəvvür edin, yuxuda görürəmki, Şkrtel adlı futbolçu ilə görüşüb söhbət edirik. Şkrtel "Liverpul”un keçmişfutbolçusudur və mən o insanı heç şəkildən tanıya bilmərəm. Heç maraq dairəmdəolan futbolçu da deyil. Nə vaxtsa onun haqda fikirləşməmişəm də. O zalım oğluhardan gəlib yuxuma girib, necə olub ki, alt şüurumda yer alıb, anlayabilmədim. Bir də yuxuda qəşəng məhəbbət görüşləri görürəm. Elə ləzzətli olurki, heç ayılmaq istəmirsən. (gülür)


-Bəzi adamlar yuxuda ağ-qarafilmə baxırlar. Bunun səbəbi hələ bilinmir. Ammaalimlər onu bildirir ki,insanların 12 faizi ağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

- Yuxularımın rəngli olubolmadığına fikir verməmişəm. Bu müsahibədən sonrakı ilk yuxuma fikir verəcəyəm,görüm rəngli görürəm, yoxsa ağ-qara.


-Hansı doğmanızı daha çox yuxudagörürsünüz?

- Dahaçox atamı görürəm. Bu da onunla aramda olan mənəvi bağdan irəli gəlir. O,unikal fərddir mənə görə. Həm riyaziyyatı, fizikanı, həm şeiri, ədəbiyyatı, həmdə tibbi mükəmmələ yaxın bilən möhtəşəm bir şəxsdir. Onun bildiklərindənfaydalanmaq çox dəyərli kitablar oxumağa bərabərdir. Ona görə də yuxularımatez-tez girir.


-Yunan filosofu Heraklın yuxuhaqda məşhur bir sözü var: "Oyanıq olan insanlar üçün tək bir dünyavardır. Yuxuda olanların isə hər birinin ayrı bir aləmi vardır, onun içində heyfırlanırlar”. Siz necə fikirləşirsiniz?

-Yuxular doğrudan da başqa dünyaya aparıradamı. Bu elə bir aləmdir ki, hər şey həm absurd görünür, həm də çox real.Ağlasığmaz insanlar, ağlasığmaz məkanlar amma buna rəğmən hər şey o qədər realbaş verir ki, bunun yuxu olduğuna inana bilmirsən. Absurd texnologiya sahəsinəbaş vursaydım, məmnuniyyətlə insan yuxularının görüntüsünü əldə edə bilənaparat icad edərdim. Yatan insanın yuxuda gördüklərinə real vaxt rejimindəböyük ekranda baxmaq mümkün olardı. Möhtəşəm iş olardı. Bir xeyli adamın altşüurunda toplanıb qalmış fikir selini canlı izləyərdik.


-Sizə görə yuxularımız həqiqətəçatdırır bizi?

- Yuxularbizi bəzən arzuladığımız həqiqətə çatdırır. Bəzən isə qorxduğumuzu başımızagətirir. İstənilən halda yaxşı ki, yuxular var. Real həyatda əlimiz çatmayanuzaqlıqlara yuxularda çatırıq. Özü dəmaraqlıdır ki, yuxular sifariş qəbul etmir. Kimisə düşünərək yatarsan, ammabaşqasını görərsən. Ona görə də yuxu bizi əslində həqiqətə deyil,gözlənilməzliklərə çatdırır. Ağlımıza gəlməyənlər yuxumuza gəlir. Yuxusuz həyatçox maraqsız olardı. Yuxu görməyən insanları da hardasa şanssız hesab edirəm.