Günah Mahsunda deyil, Urmiyanın tarixini saxtalaşdıranlardadır -VİDEO
Türkiyənin məşhur müğənnisi, kürd əsilli Mahsun Kırmızıgül 2020-ci ildə, 44 günlük müharibə dövründə Azərbaycana dəstək olan türk sənətçilərdən olub.
Kırmızıgül ermənilərin Gəncədə törətdiyi terror nəticəsində yaralanan uşaqların fotosunu paylaşaraq, yazmışdı:"Bu uşaqlara yazıqdır. Savaşın qazananı olmaz. Gəncədə mülki əhaliyə edilən bu hücumu qınayıram. Azərbaycan xalqının yanındayam". Yəni Mahsun Kırmızıgül hər zaman Azərbaycana doğma münasibət sərgiləyib.
Bu günlərdə Mahsun Qırmızıgül əzəli türk şəhəri olan Urmiya haqqında kürd vilayəti iddiası ilə mahnı oxuyub. Məlumata görə Mahsun Qırmızıgül “Urmiya və əziz gəlinim 2024” adlı video-çarxını kürd dilində yayımlayıb. O, oxuduğu mahnıda Azərbaycanın Təbrizdən sonra ikinci ən böyük şəhəri və bütün türklərin ata yurdu olan Urmunu kürd şəhəri adlandırıb. O öz mahnısında “Urmiya mənim ölkəmdir” (Urmiye velate men) ifadəsini də işlədib. Mahnı Güneydə kəskin etiraz doğurub.
Qeyd edək ki, sənətçi bizə məxsus dəyərləri hər zaman qiymətli bilib. O, Tovuz rayonu ərazisində gedən döyüşlərdə şəhid olan general-mayor Polad Həşimovun fotosunu sosial şəbəkədə paylaşaraq ailəsinə və ölkəmizə başsağlığı verib:
"Qəhrəmanlığına görə dövlət tərəfindən ona verilən evi şəhid ailəsinə bağışlayan, ona verilən maşını geri qaytarıb işə metro ilə gedib-gələn, Azərbaycan siyasətçilərinin örnək alması lazım olan general-mayor Polad Həşimov şəhid olub. Azərbaycan şəhidlərinə Allahdan rəhmət diləyirəm".
Belə hesab etmək olar ki, kürdlərin taleyində mühüm yeri olan ermənilərin yazdığı saxta tarixi oxuyan həmin tarixdən ilhamlanıb. Yəqin ki, əsl tarixçilər ona gerçəyi başa salarlar. Yeri gəlmişkən, Türkiyənin ən adlı-sanlı müğənnisi Sezen Aksu da “Sarı gəlin” mahnısını erməni dilincə oxuyaraq onu erməni xalq mahnısı adlandırmışdı. Amma həmin mahnının Azərbaycan xalq mahnısı olduğunu bütün dünya bilir və Sezen Aksudan da güclü müğənni olan Sami Yusif öz repertuarına daxil etmişdi. Sözümün canı odur ki, kim nəyi necə deməsindən asılı olmayaraq dünya gercəkləri və dəqiq tarixi yaxşı bilir. Elə Urmiyanın kürdlərə məxsus olmadığını da!
Əntiqə Rəşid
Digər Xəbərlər
02 May 2026 09:58
Diplomatik korpusun nümayəndələri Şuşada aparılan işlərlə tanış oldular
01 May 2026 23:42
Prezidentin qızı və gəlini “Tağıyev: Məktəb” filminin təqdimatında - FOTOLAR
01 May 2026 18:01
Naxçıvan MR Xəstəxanasına yeni direktor təyin edildi
01 May 2026 17:39
Mehriban Əliyeva İslam Səfərli küçəsinin açılışı ilə bağlı video paylaşdı
01 May 2026 16:31
7788.8 hektar ərazi minalardan təmizlənib
01 May 2026 16:28
"Bu problem hələ də ciddi humanitar çağırış olaraq qalır" - Hikmət Hacıyev
01 May 2026 16:06
Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetində
01 May 2026 14:10


Bakı -°C

