Bolqarıstan parlamentinin iclaslarında it iştirak edəcək
Bolqarıstan parlamentinin iclaslarında qeyri-adi bir iştirakçı - "Rover" adlı bələdçi it yer alacaq. Labrador cinsindən olan bu it görmə məhdudiyyətli deputat İvan Yanevə həm komitə, həm də plenar iclaslarda yoldaşlıq edəcək.
Adalet.az xəbər verir ki, bu barədə Bolqarıstan Milli Televiziyası (BNT) məlumat yayıb.
Millət vəkili parlamentdə ən çox mandata sahib olan "Proqressiv Bolqarıstan" blokunu təmsil edir. Fəaliyyətə başlamazdan əvvəl İvan Yanev və bələdçi iti əraziyə alışmaq məqsədilə qanunverici orqanın binasını gəzərək tanış olublar.
Parlament üzvləri bu hadisəyə zarafatla reaksiya verərək "Rover"i "241-ci deputat" adlandırıblar. Lakin İvan Yanev üçün sadiq dostu onun gündəlik fəaliyyətində əvəzolunmaz və mühüm bir köməkçidir.
Digər Xəbərlər
13 May 2026 13:59
Bütün dünyada işıq kəsiləcək
12 May 2026 16:45
“The Simpsons” bunu da bilib
12 May 2026 12:00
Biz ət yeyən millətik...
12 May 2026 09:48
Günün sitatı
11 May 2026 09:15
Heydər Əliyevin xatirəsinə həsr olunmuş fləşmob keçirildi - VİDEO
08 May 2026 09:13
Minlərlə bitki növü yox olur - Xəbərdarlıq
07 May 2026 13:00
Antibiotik qəbul edən qadının başına iş gəldi
07 May 2026 12:35


Bakı -°C

