Nura Surini əsəbləşdirdilər: "...gözəllik zibilliyə gedir"
Avanqard geyim, intellektual danışıq, sanballı fikir tərzi ilə hər zaman arxasınca söz etdirməyi bacaran müğənni Nura Surini yenə əsəbləşdiriblər.
Adalet.az xəbər verir ki, Nura Suri həmişəki kimi bu dəfə də sosial şəbəkə hesabında cəsarətli və ağıllı paylaşımı ilə diqqət çəkib.
Müğənni qeyd edib ki, insanda məntiq axtarmağın özünün məntiqsiz olduğunu iddia edib: "İnsan ağlına məəttəl qalmışam. Dağıtmağa, məhv etməyə beyin işlədə bilir, əksini etməyə ağıl işləmir. Bir dəfə status yazmışdım ki, insanlar dünyaya gələndə xəstəlikdən peyvənd olunduğu kimi, qəddarlıq və s. kimi lazımsız xüsusiyyətlərdən də peyvənd oluna bilərdi. Necə olur ki, Allahın işinə qarışıb uşağı olmayana süni şəkildə insan yarada bilir, amma qəddarlığın dərmanını, peyvəndini tapa bilmir? Ümumiyyətlə, insanda məntiq axtarmaq da məntiqsizdir. Məsələ təbiətdə yetişən gülə baxıb ləzzət ala bilmir, o gülə kimyəvi maddələr qatıb yetişdirir, dərir, satır, əziyyətlə pul qazanan da sevgisini göstərmək üçün onu alıb hədiyyə edir, hədiyyəni alan da şəklin çəkib İnstaqramda paylaşır. İki gün sonra təbiətin yaratdığı gözəllik zibilliyə gedir. Axı, burada məntiq görmürəm. Sevgi-elə həmin gözəlliyə sevgilinlə bir yerdə gedib baxmaq və həmin güllərin qayğısına qalmaqdır. Güllər təbiətdə gözəldir. Qışda ölüb, yazda dirilməsi möcüzədir", - sənətçi vurğulayıb.
Xanım Nuranın fikrincə, insanlar möcüzələri məhv edib, sonra möcüzə axtarandır: "İnsanda məntiq görmürəm. Dinə inananlara da suallarım var. Bizi torpaqdan, sudan yaratmayıblar ki? Elə yazılıb axı. Torpaqdan yaranan torpağa dəyər, qiymət vermir axı. Versə, qayğısına qalar. Torpaqda yetişən hər bitkinin qayğısını çəkər, ağacları məhv edib daş-divar hörməz. Bir gün torpaq da, su da bezib insanları məhv edəcək. Nuhun gəmisi də gəlməyəcək, gəlsə də, insanı xilas etməyəcək".
Əntiqə Rəşid
Digər Xəbərlər
28 Sentyabr 2026 23:43
16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
28 Sentyabr 2026 11:07
Yük maşını sürücülərinə xəbərdarlıq: Bunları etməyin
28 Sentyabr 2026 10:13
Bakıda yeni tunel inşa ediləcək - VİDEO
27 Sentyabr 2026 16:58
Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub - FOTOLAR
27 Sentyabr 2026 12:05
DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı - VİDEO + FOTOLAR
26 Sentyabr 2026 23:03
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
26 Sentyabr 2026 13:18
Azad edilmiş ərazilərdə şəhərsalma ilə bağlı hansı işlər görülüb? - Açıqlandı
26 Sentyabr 2026 12:42


Bakı -°C

