Nigeriyada terrorçuların qaçırdığı 100 məktəbli azad edildi
Nigeriya federal hökuməti Niger əyalətində terrorçular tərəfindən qaçırılan 100 məktəblinin azad edilməsini təmin edib.
Adalet.az xəbər verir ki, noyabrın 20-dən 21-nə keçən gecə Papiri şəhərində 300-dən çox məktəbli və müəllim cinayətkar dəstə tərəfindən girov götürülərək naməlum istiqamətə aparılmışdı.
Onlardan 50 nəfəri sonradan qaçmağı bacarıb. Hazırda 153 tələbə və 12 müəllim quldurların əlində qalmaqdadır.
Son vaxtlar terrorçu qruplar bölgədə bir neçə məktəbə hücum ediblər. Noyabrın 25-də hakimiyyət orqanları noyabrın 17-də Kebbi əyalətinin Maqa qəsəbəsindəki hücum zamanı girov götürülmüş 24 məktəbli qızın azad olunmasına nail olub.
Məktəblərə hücumların artması səbəbindən Nigeriya Prezidenti xarici səfərlərini ləğv edib. Ölkənin 36 ştatından 10-da təhlükəsizlik məqsədilə məktəblər bağlanıb, bölgələrə əlavə hərbi və polis qüvvələri yerləşdirilib.
Digər Xəbərlər
03 Mart 2026 13:54
İran Prezident Administrasiyası VURULDU
03 Mart 2026 13:37
Türkiyəyə hücum ehtimalı var? - Hakan Fidan açıqladı
03 Mart 2026 12:35
"Hizbullah"ın daha bir rəhbər şəxsi öldürüldü
03 Mart 2026 11:54
Kapadokiyanın bu qəsəbəsi Sakit Şəhərlər şəbəkəsinə üzv qəbul edildi - FOTOLAR
03 Mart 2026 11:11
İsrail Livanda televiziya stansiyasının binasına zərbə endirdi
03 Mart 2026 10:55
"İran 11 nüvə bombası istehsal etmək gücünə malik olduğunu deyirdi" - Uitkoff
03 Mart 2026 10:40
"ABŞ uzunmüddətli münaqişəyə girməyə hazırlaşmır"
03 Mart 2026 10:34


Bakı -°C

