Nəzrinin ölümünə səbəb olan həkim həbs edildi - YENİLƏNİB

Xəbər verildiyi kimi Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mansurlu Nəzrin Aydın qızının yanvarın 12-də ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Baş Prokurorluqdan Adalet.az-a verilən məlumata görə, istintaqla Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən “Mərcan Medicare” adlı klinikada plastik cərrah işləyən Sənan Mehdiyev tərəfindən icra olunmuş rinoplastika əməliyyatından sonra vəziyyətinin kəskin ağırlaşması və yerləşdirildiyi klinikada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Sənan Mehdiyev Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya rəhbərlik edən prokurorun təqdimatı əsasında Nəsimi rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir
*** 18:15
Bakıda burun əməliyyatı zamanı vəfat edən Nəzrin Mansurlunun ölüm faktı ilə bağlı əməliyyatı həyata keçirən həkim Sənan Mehdiyev həbs olunub.
Adalet.az xəbər verir ki, Nəsimi rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, təqdimat təmin edilib və Sənan Mehdiyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Digər Xəbərlər

Baş prokuror Zaqatalada vətəndaşları qəbul edəcək

Zərərçəkmişlər erməni cinayətlərindən danışdı, Vardanyan dinlədi - FOTOLAR

Nuranə Məcidovanın ölümü ilə bağlı araşdırma aparılır - Baş Prokurorluq

"Sputnik Azərbaycan" rəhbərliyi ilə bağlı qərar dəyişmədi

Yeni hakimlər kollektivə təqdim olundu

"İşğaldan əvvəl deyirdilər çıxın gedin, burada ancaq ermənilər yaşamalıdır" - Kərkicahan sakini

MƏHKƏMƏ: Kəlbəcərin işğalı zamanı mülki əhalinin atəşə tutulması ilə bağlı ifadələr dinlənilib
