adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
01 Mart 2018 15:14
8945
İDMAN

Neymar əməliyyat olunacaq

PSJ-nin zədəli futbolçusu Neymar həftəsonu əməliyyat olunacaq.

Qol.az-ın xəbərinə görə, bu barədə Paris klubunun saytı məlumat yayıb. Ayaq sümüyündə çat aşkarlanan braziliyalı hücumçunun üç günlük müalicə müddətindən sonra Braziliya və PSJ həkimlərinin birgə fikri ilə onun əməliyyat olunmasına qərar verilib.

Neymarın Rusiyada keçiriləcək dünya çempionatına kimi tam hazır olacağı gözlənilir.

Qeyd edək ki, Neymar Fransa çempionatının 27-ci turunun "Marsel"lə oyununda (3:0) zədələnib. Bundan əvvəl onun Çempionlar Liqasının 1/8 finalında "Real"la matçda oynamayacağı açıqlanıb.