adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
29 Mart 2024 18:10
814
İDMAN

Neymar “Barselona”ya qayıtmaq istəyir

“Əl-Hilal”ın hücumçusu Neymar “Barselona”ya qayıtmaq istəyir.

Adalet.az sport.es-ə istinadən xəbər verir ki, futbolçu  sağaldıqdan sonra keçmiş komandasına qayıtmağı düşünür.

Ancaq klublar müqavilə üçün hələki danışıqlara başlamayıb. 

Qeyd edək ki, brazilyalı futbolçu 2013-2017-ci illərdə “Barselona"da çıxış edib. 

Neymar “Əl-Hilal”ın heyətində iştirak etdiyi 5 oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.