adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
27 May 2019 17:47
17011
ƏDƏBİYYAT

NƏSİMİ: ŞƏRQİN XIV ƏSR POEZİYA ZİRVƏSİ

2019-cu ilin ən böyük ədəbi hadisəsi, şübhəsiz, böyük Azərbaycanşairi İmadəddin Nəsiminin 650 illik yubleyinin keçirilməsidir. AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin bu münasibətlə imzaladığı sərəncamın icrasıil boyu bir-birindən maraqlı tədbirlərlə davam etməkdədir. Göyçay rayonunda dasilsilə tədbirlər keçirilir.

Nəsimi ilk təhsilini Şamaxıda almış, dövrün elmlərini, dinlərintarixini, məntiq, riyaziyyat və astranomiyanı öyrənmişdir. X əsrdə Bağdaddadara çəkilmiş Həllac Mənsur Hüseyninin sufi görüşlərini təbliğ edən Nəsimi ilkşeirlərini də Hüseyni təxəllüsü ilə yazmışdır. Nəsimi XIV əsrin sonlarındaAzərbaycanda geniş yayılmış hürufi təşkilatları ilə əlaqə saxlamışdır.Hürufiliyin banisi Fəzlullah Nəiminin görüşlərini mənimsəyərək, bu təriqətinfikirlərini təbliğ edən şeirlər yazmağa başlamış və bu vaxtdan etibarənNəiminin təxəllüsü ilə həmahəng səslənən Nəsimi təxəllüsünü qəbul etmişdir.

Nəsimi mürəkkəb yaradıcılıq yolu keçmişdir. O, yaradıcılığına aşiqanəşeirlərlə başlamış, sonralar dövrün siyasi, ictimai, əxlaqi mövzularındaəsərlər yazmış, Azərbaycan ədəbiyyatı tarixində ana dilində yaranan fəlsəfiqəzəlin banisi olmuşdur. Gənclik illərində yazdığı əsərlər içərisində insaniməhəbbət, insan gözəlliyinin tərənnümü xüsusi yer tutur. Həmin şeirlərdə şairinsevgilisi dünyanı işıqlandıran ayla, günəşlə müqayisə olunur, ayın da, günəşində insan gözəlliyindən nur aldığı poetik dillə təsvir edilir. Nəsmini həmməhəbbət, həm də didaktik-tərbiyəvi mövzulu şeirlərində acgözlük, paxıllıq,xudpəsəndlik, riyakarlıq, vəfasızlıq kimi yaramaz sifətləri qətiyyətləpisləmişdir. O, həyat, cəmiyyət haqqında açıq deyilməsi qorxulu olan tənqidifikirlərini aşiqanə misralar və ya təbiət təsvirləri içərisində söyləmişdir.


Nəsiminin lirikasında insana məhəbbət, insan şəxsiyyətinin azadlığımövzusu başlıca yer tutur. Mütəfəkkir şair "qiblə” adlandırdığı insanı alçaldan,azadlığını buxovlayan feodal-dini əsarət əleyhinə alovlu etiraz səsiniqaldırırdı. Nəsimi insanı yaradıcı bir varlıq kimi ucaldır, hətta "məndə sığariki cahan, mən bu cahana sığmazam” deyə onu daha da ucaldırdı. Lakin insanıilahiləşdirən mütəfəkkir onu göylərə qaldırmır, əksinə Allahı konkret insanobrazında təsvir edirdi. Şairin lirik "mən”i elə bir poetik aləmdir ki, bütünkainatın sirləri onda gizlənmişdir; o, əzəli və əbədidir, dünyada müxtəlifşəkillərdə təzahür edir. İnsan zəkasının varlığın sirlərini açmağa qadirolduğuna dərin inam bəsləyən Nəsimi şeirlərində insanı özünü, beləliklə dəhəqiqəti dərk etməyə çağırırdı.

Nəsiminin bədii yaradıcılığı Azərbaycan poeziyasının və ədəbi dilinininkişafında mühüm bir mərhələdir. Şairin dili olduqca zəngin və orijinaldır. O,canlı xalq danışıq dilinin imkanlarından bacarıqla istifadə etməklə yanaşı,klassik şeir dilinin çox yayılmış bədii ifadələrini də məharətlə işlətmiş,ərəb, fars şeirinə xas obrazları uğurla tərcümə edərək doğmalaşdırmışdır. Bumənada Nəsiminin dili müasiri olduğu ərəb və fars şairlərinin dilindən dahadolğundur. Nəsimi yaradıcılığı XV əsrdən etibarən bütün türkdilli ədəbiyyataqüvvətli təsir göstərmişdir.

25 may 2019-cu il tarixdə Əli Kərim adına Göyçay şəhər parkında böyükAzərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş "Nəsimidünyası” adlı ədəbi bədii tədbir təşkil olunmuşdur.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə,Azərbaycan Respublikası Yazıçılar Birliyinin sədri Anar Rzayev, filologiyaelmləri doktoru, professor, şair-publisist Vüqar Əhməd, akademik, Əlyazmalarİnstitutunun direktoru Teymur Kərimli, Azərbaycan Yazıçılar Birliyinin katibi,yazıçı jurnalist Rəşad Məcid, Azərbaycan Yazıçılar Birliyinin üzvürespublikanın əməkdar müəllimi, tarix elmləri üzrə fəlsəfə doktoru PərvizYəhyalı və rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar iştiraketmişlər.

Tədbir iştirakçılarıəvvəlcə Göyçay şəhərinin mərkəzində yerləşən Rəsul Rzanın ev muzeyini ziyarətetmişlər. Nəsimiyə çoxlu məqalələr, şeirlər həsr edənlərin arasında göyçaylıxalqşairi Rəsul Rza da mühüm yer tutur. Ev-muzeyi ilə tanışlıqdan sonra Əli Kərimadına Göyçay şəhər parkında rayon Mərkəzi Kitabxanasının Nəsimininəsərlərindən ibarət kitab sərgisi təşkilolunmuşdur.

Rayon rəhbərliyi və qonaqlar Əli Kərimin və başqa göyçaylı ədiblərin məzarlarını, ŞəhidlərXiyabanını, fəxri vətəndaşların məzarını, Soyqırım abidəsini ziyarət edirək məzarlarının və abidənin önünəgül dəstələri düzmüşlər.

Sonra Əli Kərim adına parkda "Əbədiyaşar ədiblər” kompleksininqarşısında davam edəntədbirdəGöyçay Rayon İcra Hakimiyyətinin başçısı MehdiSəlimzadə çıxış edərək bildirdi ki, İmadəddin NəsimiAzərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli sözustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalıb vəbədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirib.

Şairin əsərləri AzərbaycanRespublikası Prezidentinin "Azərbaycan dilində latın qrafikası ilə kütləvinəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamınaəsasən, kütləvi tirajla nəşr olunaraq ölkə kitabxanalarına hədiyyə edilmişdir.2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş qərargahında Nəsimininvəfatının 600 illiyi qeyd edilmiş, 2018-ci ilin sentyabr ayında ölkəmizdə ilkdəfə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalı keçirildiyini və Nəsimiirsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, millimədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyətini nəzərə alaraq 2019-cuil Azərbaycan Respublikasında "Nəsimi ili” elan edildiyini qeyd etdi.

Azərbaycan Respublikası YazıçılarBirliyinin sədri Anar Rzayev, filologiyaelmləri doktoru, professor,şair-publisist Vüqar Əhməd, akademik,Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli, Azərbaycan YazıçılarBirliyinin katibi, yazıçı jurnalist Rəşad Məcid, AzərbaycanYazıçılar Birliyinin üzvü respublikanın əməkdar müəllimi, tarix elmləri üzrəfəlsəfə doktoru Pərviz Yəhyalı çıxış edərək bildirdilər ki, "Prezidentİlham Əliyev tərəfindən qısa müddətdə Nəsimi ilə bağlı iki Sərəncamın imzalanmasımühüm hadisədir. Bu sərəncamlarla Nəsiminin 650 illik yubileyinin keçirilməsivə 2019-cu ilin "Nəsimi ili" elanedilməsi artıq müstəqillik şəraitində insanlarda Nəsimi ideyaları əsasındaazərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi, bu böyük sənətkarın dünyayatanıdılması baxımından özünəməxsus əhəmiyyət kəsb etdiyini vurğuladılar.

Sonda rayon icra hakimiyyətinin başçısı tərəfindən Azərbaycan RespublikasıYazıçılar Birliyinin sədri Anara xatirə hədiyyəsi təqdim edildi, Əlyazmalarİnstitutunun direktoru, akademik Teymur Kərimli, filologiya elmləridoktoru, professor, şair-publisist VüqarƏhməd, Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı jurnalist Rəşad Məcid tanınmışjurnalist, "Könül dünyamız” verlişinin aparıcısı Səyyarə Səyyaf xatirə döşnişanları ilə təltif olundular.

Tədbir muğam ifaları və Nəsiminin şeirlərinin səslənməsi ilə davamedib.

Tural Eminov