adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
17 Fevral 2020 15:18
10068
HADİSƏ

Nəsimi rayonunda maşın piyadanı vurub öldürdü

Nəsimi rayonunun A.Mustafayev küçəsində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, fevralın 16-da saat 20 radələrində Nəsimi rayonunun A.Mustafayev küçəsində Qusar rayon sakini Ş.Həsənov idarə etdiyi "Chevrolet” markalı avtomobillə yolu keçən Balakən rayon sakini Əlixan Bayramovu vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.