"Azərbaycanı təmsil edən idmançı mərsiyə sədaları altında meydana çıxır" - Deputat
“Konstitusiyada Azərbaycan dövlətinin prinsipləri əks olunub. Bunlardan biri Azərbaycanın dünyada unitar dövlət olması prinsipidir”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
“Son zamanlar cənubda, qərbdə azərbaycanlıların yaşadığı müxtəlif ölkələrdə çox mənfi istiqamətlərdə Azərbaycana təsir göstərilir. Hətta Azərbaycanın özündə belə bu məsələnin qorunmasına həssaslığımız yetərincə deyil. Adicə bu yaxınlarda qaydasız döyüş üzrə bir idman yarışı keçirildi. Baxırsan ki, Azərbaycanı təmsil edən idmançı artıq uvertüra ilə, cəngi sədaları altında yox, mərsiyə sədaları altında meydana çıxır. Beləliklə özünün dini ideoloji təbliğatını aparır. Bura gələndə də Azərbaycan bayrağı əvəzinə hansısa ölkələrdə populyar olan dini ideoloji şüarlar səsləndirir. Biz hamımız isə bunu sakitcə müşahidə edirik", - deyə deputat bildirib.
Digər Xəbərlər
07 Iyul 2026 13:46
Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı
07 Iyul 2026 13:33
NATO-nun Ankara Sammiti dönüşyaradıcı ola bilərmi?
07 Iyul 2026 12:16
Əks halda Rusiyanın itkiləri getdikcə daha da artacaq – Hərbi ekspert
07 Iyul 2026 11:26
"Trampın sülh gündəliyinin irəli aparılmasında xüsusi rolu var" - Prezident
07 Iyul 2026 11:13
İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul etdi - FOTOLAR
07 Iyul 2026 11:05
Milli Məclisin iclası başladı
07 Iyul 2026 10:34
"Azərbaycan son illərdə öz xarici siyasətini çoxtərəfli əməkdaşlıq modeli üzərində qurub"
07 Iyul 2026 10:03


Bakı -°C

