17 Yanvar 2013 11:54
4361
KRİMİNAL

Nəhəng avtoritet öldürüldü - Ded Xasan kim idi?

DünənMoskvanın mərkəzində "Ded Xasan" ləqəbli qanuni oğru Aslan Usoyanöldürülüb. Lent.az-ın "vesti.az" saytına istinadən verdiyi məlumatagörə, Ded Xasan dünən saat 14:30 radələrində "Karetnıy dvor"restoranının girişində güllələnib.

Bu restoranAzərbaycan əsilli şəxsə mənsubdur. "Ded Xasan" xəstəxanaya aparılıbreanimasiya şöbəsinə yerləşdirilsə də, tezliklə ölüb.

Olay zamanıbir qadının da ayağından güllə yarası aldığı bildirilir.

"Bizsülhsevər insanlarıq. Qanunu bərpa edərək sülhə dəstək veririk"

MəşhurYaponçik-İvankovun ölümündən sonra Ded Xasan praktiki olaraq rus kriminalaləminin başçısına çevrildi.

MilliyyətcəYezidi kürdü olan tanınmış "qanuni oğru" Aslan Usoyan 1937-ci ilfevralın 27-də Tbilisidə doğulub. Fəaliyyətinə Gürcüstanda başlasa da, sonradanonun əhatə dairəsi Moskva, Ural, Sibir, Özbəkistan, Krasnodar, Soçi və SSRİ-nin digər ərazilərinəqədər genişlənib.

O kriminalaləmin əfsanəsi idi. Hələ Sovet dövründə avtoritet adı alan Ded Xasan 90-cıillərin çox ağır kriminal müharibələr dövründən sağ çıxmışdı. Rus Xüsusi xidmətorqanları onun Rusiya kriminal aləminin xaç atası adlandırırdılar. ÜmumiyyətləDed Xasan post-sovet məkanının ən böyük avtoriteti idi.

Zirvəyədoğru

Gürcüstanda"hakimiyyət" qurmaq Aslan Usoyana 10 ilə başa gəlib. 1990-cı illərinortalarında "oğru cəmiyyəti"ndə etnik ədavətin güclü dövrü idi. Bumünaqişədə üstünlüyü gürcülər ələ aldılar. Güclü avtoritetə malik digər etnikqrup Yaponçikin məxsus olduğu Slavyan qrupu 3-cü yerdə idi."Slavyanlar" ilə "Gürcülər" arasında mübarizə davam edirdi,ancaq daha yüksək təbəqəyə aid avtoritetlər arasında gedirdi. Ded Xasan bir çoxqafqazlı oğrunu uzaqlaşdırmışdı. Sonra onun yoluna Tariel Onian çıxdı.

Bu vaxtaqədər Usoyan bir çox slavyan avtoritetləri də özünə tabe etmiş və ətrafında əsl"oğru birliyi" yaratmışdı. Ded Xasanın yoluna çıxan avtoritetlərinaqibəti ya ölüm, ya da həbs olurdu. Amma Oniani heç cür öz mövqeyindənçəkilmirdi.

MixailSaakaşvili prezident seçildikdən sonra "qanuni oğrular" iləmübarizəni öz tədbirlər planına daxil etmişdi. Cinayətkar qruplaşmalarla bağlıqanunda dəyişikliklər edildi. Ölkəni "qanuni oğru"-lardan təmizləməyəhökumətin 5 il vaxtı getdi. Əgər 2000-ci ildə Gürcüstanda 300 "qanunoğru" var idisə, indi azadlıqda yalnız 83 yaşlı Qoqi Çikovani var. Həbsolunan 30 avtoritetdən savayı, hamısıölkədən çıxıb. Onların da əksəriyyəti Rusiyada yaşayır. 2006-cı ildə Rusiya ilə Gürcüstanınmünasibətləri pisləşdəndən sonra gürcü "oğrular"ın da vəziyyətidəyişdi.

Ded Xasanınrəqibi Tariel Oniani 2006-cı ildə Rusiya vətəndaşlığını qəbul etmişdi. 2007-ciildə o, heysiyyətinə toxunulmuş oliqarx Badri Patarkasşvili və Gürcüstan Daxiliİşlər Nazirliyinin rəhbərlərindən biri olan İrakli Kodua arasında görüş təşkiletmək qərarına gəlir. Onlar Londonda görüşürlər və az sonra gürcü mediasındaSaakaşvilini devirmək üçün biznesmenin generala pul təklif etməsi ilə bağlıvedeogörüntülər yayımlanır. Gürcüstan Rusiyanı "oğrulara" və Gürcüstanındüşmənlərinə vətəndaşlıq verməkdə qınadı. Oniani gürcü müxalifətinə maliyyəyardımı da göstərirdi. Ded Xasan və Oniani arasında mübarizə zəngin"qanuni oğru" Şark Molodoqun sərvəti (bəzi fikirlərə görə milyard dollar) uğrunda gedirdi.

Ded Xasanınən ağıllı addımı Yaponçik ləqəbli Vyaçeslav İvankov ilə əlaqələrin düzgünqurulması idi. 2005-ci ildə Yaponçik həbsxanadan hər şeyini itirmiş vəziyyətdəçıxmışdı. Ded Xasan Moskvanın mərkəzindəki biznes mərkəzlərindən birini onavermişdi.

Yaponçikinavtoritetindən istifadə edən Ded Xasan "slavyan oğruları"nı öztabeçiliyinə aldı. Elə həmin il müxtəlif etnik kökə malik 10 nəfərə"qanuni oğru" adı verildi. Onlar gürcü, erməni, rus, kürd,azərbaycanlı və biri isə qırğız idi.

AslanUsoyanın ən böyük uğuru "oğru dünyası"nda etnik ayrıseçkiliyi aradanqaldırmaq oldu.

Bununardınca Ural uğrunda mübarizədə də Ded Xasan qalib gələrək Uralın nəzarətiniələ aldı. Ona müqavimət göstərən Aleksandr Xabarov həbs olundu, bir müddətsonra isə kamerasında asılmış haldatapıldı.

Ded Xasanbölgələrdə o qədər uğurlu planlar reallaşdırırdı ki, artıq Oniani ilə münaqişəkəskinləşəndə bütün "oğru birliyi" onun tərəfində idi.

2008-ciilin yayında Oniani Piroqovsk su anbarında xüsusi qayıqda təşkil etdiyi böyüktoplantıya Ded Xasanı və Yaponçiki də dəvət etdi. Lakin onlar toplantıyagəlmədilər. Bunun əvəzində qayığın üzərində polis vertolyotu peyda oldu. 30"qanuni oğru" həbs olundu.

Ded Xasanöz hakimiyyətini bu vaxt göstərdi. Qayıqda həbs olunan "oğru"lardanbiri Coni Kutaisski "qara bölgə" hesab olunan Kirov koloniyasına göndərildi. Burada güclü"oğru" qanunları hakimdir. Ded Xasan tərəfdarı olan "qanunioğru" Beso Kutaisskini "oğru" kimi tanımadı. Bölgəyə nəzarətedən "oğru" Çeburaşka onun fikrini dəstəklədi. Coni adi məhbusaçevrildi.

Oniani öztərəfdarlarını itirməyə başlayırdı. Ded Xasanın tərəfinə keçən ən sanballı"qanuni oğru""Solntsevo" qruplaşmasının üzvü olan Camal Hacızadə idi.Qrupun digər "ağsaqqal"ları da Dedin yanına gəlib tabe oldular. DedXasan hüzuruna gələn bütün düşmənlərini bağışladı. Beləliklə Aslan Usoyan"oğru dünyası"nın başçısına çevrildi.

Ded Xasan2009-cu ildə yenidən Tariyel Oniani (Taro) ilə münaqişəyə girdi. Elə həmin vaxtDed Xasanın tərəfində duran İvankov(Yaponçik) snayperlə vurularaq öldürüldü. Bəziləri bu hadisədən sonra DedXasanın Tarodan Yaponçikin qisasını alaçağına an içdiyini deyirlər.

2010-cuilin aprelində Usoyan Ukraynanın təhlükəsizlik qüvvələri tərəfindən saxtasənədlərlə ölkəyə girməkdə ittiham olunaraq həbs olunmuşdu. Ukraynadakı biznesiilə bağlı səfərə gələn Usoyan tezliklə azad edilmişdi. Sentyabrın 16-da isə onaMoskvanın mərkəzində atəş açılmışdı. Sağ qalsa da, onun həyatını qorumaq üçünmətbuata "ölmüşdü" xəbəri verilmişdi.

Sonuncusui-qəsddə isə Ded Xasan həyatını dəyişdi.

"Adamavtoritetə əl qaldırmaz!" - Bu qanunu özləri yazdı, ömürlərinə əksi qismətoldu. Hamısına əl qaldırdılar - öldürdülər.

Anar Albəndəyev