Neftin qiyməti 5 faizdən çox aşağı düşüb
OPEC-ə üzv və qeyri-üzv dövlətlərin neft hasilatının azaldılmasına dair sazişin müddətinin doqquz ay uzadılmasına dair qərarı neftin ucuzlaşmasını sürətləndirib və "qara qızıl”ın qiyməti artıq 5 faizdən çox aşağı düşüb.
Adalet.az-ın APA-ya istinadən verdiyi xəbərə gör, saat 22.41-ə olan məlumata görə, Brent markalı neftin iyul füçerslərinin dəyəri 4,82 faiz aşağı düşərək 1 barelə görə 51,36 dollar olub.
WTI neftinin dəyəri isə 4,98% aşağı düşərək 1 barelə görə 48,80 dollar təşkil edib. Bundan əvvəl də neftin qiyməti 5 faizdən çox aşağı düşmüşdü.
Qeyd edək ki, ötən gün OPEC-ə üzv və qeyri-üzv dövlətlərin neft hasilatının azaldılmasına dair sazişin müddətinin doqquz ay uzadılmasına dair qərar qəbul ediblər.
Azərbaycan qərarı dəstəkləyib.
Digər Xəbərlər
18 May 2024 16:30
Prezident “Zəngilan” və “Şayıflı” SES-lərinin açılışını etdi - YENİLƏNİB
18 May 2024 12:57Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
16 May 2024 14:55Pensiyalar nə qədər artıb?
16 May 2024 10:30Azərbaycan nefti bahalaşdı
15 May 2024 10:29