Pensiyalar nə qədər artıb?
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ilkin məlumatlarına əsasən, cari ilin yanvar-mart aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 13,8 faiz artırılaraq 1652,1 milyon manata çatdırılıb.
Adalet.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, sərf olunmuş vəsaitin 97,6 faizini pensiya xərcləri təşkil edib. 2024-cü il aprelin 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1097,3 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir.
Onların 64,2 faizi yaşa, 23,5 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,5 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 11,2 faiz artaraq 490,7 manat təşkil edib və orta aylıq əmək haqqının 49,8 faizinə bərabər olub.
Digər Xəbərlər
16 Yanvar 2026 12:31
Orta aylıq əməkhaqqı artıb
15 Yanvar 2026 12:45
Azərbaycanda pensiyaların artırılması ilə bağlı rəsmi açıqlama
15 Yanvar 2026 11:36
Kommersiya qurumlarının sayı 7,2 faiz artıb
15 Yanvar 2026 10:51
İDDİA: Son iki gündə İrandan 1,5 milyard dollar çıxarılıb
15 Yanvar 2026 09:55
Azərbaycan nefti ucuzlaşdı
14 Yanvar 2026 12:52
Azərbaycan elektrik enerjisinin istehsalını artırdı
14 Yanvar 2026 11:41
Naxçıvanda dəmir yolu xətti boyunca 10 stansiya yenidən qurulacaq
14 Yanvar 2026 11:30


Bakı -°C

