Neftayırma Zavodu bu tarixdə Bakıdan köçürülür - YENİLƏNİB
Bakı Neftayırma Zavodunun Bakıdan kənara nə zaman köçürüləcəyinə aydınlıq gətirilib.
Adalet.az apa-ya istinadən xəbər verir ki, bu barədə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən “Enerji səmərəliliyi: nəticələr və gözləntilər" mövzusunda ictimai müzakirədə Nazirlər Kabinetinin Sənaye və energetika şöbəsinin müdiri Elşən Hacızadə məlumat verib.
Elşən Hacızadə deyib ki, bununla bağlı iki ssenari var: “Biri modernləşdirmə layihəsidir. Burada zavodun köçürülməsi, yoxsa ikinci faza istiqamətində inkişafı getməsi məsələsi var. Hər iki ssenariyə baxılır. Biz yeni zavod tikəcəyiksə, 2030-2031-ci ilə nəzərdə tutulur”.
***
16:52
Neft Emalı Zavodunun Bakıdan kənara köçürülməsi təklif olunub.
Adalet.az xəbər verir ki, belə təkliflə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən “Enerji səmərəliliyi: nəticələr və gözləntilər" mövzusunda ictimai müzakirədə parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev çıxış edib.
Qüdrət Həsənquliyev bildirib ki, paytaxtda tez-tez xoşagəlməz qoxu hiss edilir: “Nə vaxt Neft Emalı Zavodu şəhərdən kənara çıxarılacaq? Allah eləməsin, qəza olsa, şəhərdə nəfəs almaq mümkün olmayacaq”.
Deputat elektrik stansiyalarının və SOCAR-ın özəlləşdirilməsini də təklif edib.
Digər Xəbərlər
24 Mart 2026 16:01
Qızıl və gümüş bahalaşdı
24 Mart 2026 10:30
Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və qarabaşaq göndərildi
24 Mart 2026 09:27
Azərbaycan nefti ucuzlaşdı
23 Mart 2026 15:30
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
23 Mart 2026 12:21
“Yalnız qənaətə fokuslanmış nə dövlət, nə də insan inkişaf edə bilməz...”
23 Mart 2026 10:21
“Brent” ucuzlaşdı
23 Mart 2026 09:19
Azərbaycan yapışdırıcı maddələrin istehsalını artırıb
22 Mart 2026 13:01


Bakı -°C

