31 May 2022 15:03
748
MARAQLI

Nə üçün Avropada insanlar zinət əşyalarından istifadəni qeyri-müasirlik hesab edir?

İnsan bütün dövrlərdə gözəl görünmək üçün bir çox vasitələrdən istifadə edib. Bunlardan biri də qiymətli məmulatlardanbəzədilmiş müxtəlif növ üzüklər, sırğalar və digər bu kimi əşyalardır. İstərdim ki, zərgərlik sənət barədə danışım. Bu sənət incəsənətin ən yaşlı növlərindən biridir və onun tarixi çox qədimlərdən başlayır. Tədqiqatlarda bu sənətin yaşı barəsində yekdil fikirlər yoxdur. Zərgərlik əsasən qiymətli metal və daşlardan incə bəzək əşyalarının hazırlanması sənətidir. İndiyədək bu sənətlə bağlı müxtəlif araşdırmalar aparılsa da, hələ onun aşkar olunmayan sirləri saysızdır.

 

Zərgərlik sənətinin tarixi hələ çoxqədim dövrlərə-müasir eramızdan əvvəl insan şüurunun formalaşdığı zamana gedib çıxır. Tədqiqatlar göstərir ki, qiymətli metal və daşlardan hazırlanan zərgərlik məmulatları qədim insanlar üçüq müasir dövrdəki əhəmiyyəti kəsb etməyib, yəni onlardan sadəcə, bəzək əşyası kimi istifadə olnumayıb.Qiymətli metal və daşların hansısa sehrli bir qüvvəyə malik olduğunu düşünən müasir insanın əcdadları onları taxarkən müxtəlif təhlükələrdən qoruna biləcklərini ehtimal ediblər.

Müasir Avropa ölkələrində bəzək əşyaları taxmaq o qədər də dəbdə deyil. Avropada çoxlu zinət əşyaları taxmaq qeyri-müasirlik, insanı narahat edən amil kimi dəyərləndirilir. Şərq ölkələri barəsində isə bunu demək olmaz. Ona görə də, Avropa zərgərləri öz mallarını satmaq üçün Şərqə bazar kimi baxırlar.

Hazırda zərgərlik məmulatları əsasən qızıl, gümüş, platindən hazırlanır. Zərgərlikdə qiymətli daşlardan ən çox istifadə olunanı isə almaz, yaqut, mirvari, sapfir, firuzə,, zümrüddür.

Azərbaycada da zərgərlik sənəti sadədən mürəkkəbə doğru böyük bir yol keçib. Xalqımıza məxsus qiymətli metallardan hazırlanan çoxsaylı ziynət əşyaları qədim tarixə malikdir. Azərbaycanın zərgər ustalarının düzəltdikləri məmulatlar öz təyinatına görə bir neçə qrupa bölünür: bel, baş, sinə, boyun, barmaq, qol, paltar üçün bəzək əşyaları. Bura müxtəlif quruluşlu toqqalar, üzüklər, bilərzik və qolbaqlar, boyunbağılar, medalyonlar, sancaqlar daxildir.

Zinət əşyalarından danışarkən, iki səciyyəvi məqamı nəzərə almaq lazımdır: əvvəla, zinət aşyaları nəsildən nəslə (irsən) keçib, ikincisi, onların hər bir ailədə mövcudluğu, materialdan (qızıl, gümüş və s.) asılı olmayaraq, əhəmiyyətli idi. Qızıl və bahalı zinət əşyaları şəhər ailələri üçün səciyyəvi idi, burada hər bir qadın üçün sırğalar, üzüklər, boyunbağılar, boyun üçün muncuqlu bəzək əşyaları zəruri hesab olunurdu.

Ölkəmizdə zərgərlik sənətinin geniş yayılması cəmiyyətin sosial-iqtisadi inkişafı ilə bərabər, Azərbaycan şəhərlərinin beynəlxalq ticarət yolları üzərində yerləşməsi və Yaxın Şərqdə iqtisadi-mədəni əlaqələrin sıx olması ilə də bağlı olub. Azərbaycan zərgərlik mərkəzlərinin məhsulları şərq motivli milli koloritinə, forma kamilliyinə və naxış səlisliyinə görə, nəinki Avropa və Rusiyanın, habelə Qafqazın digər məhəlli zərgərlik mərkəzlərinin hazırladığı zinətlərdən dəyərli hesab olunur.

Hazırladı :Bünyamin Bünyadzadə