adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
23 Iyun 2016 15:46
9820
SİYASƏT

NƏ OLARDI ALLAH RUSİYA VƏ TÜRKİYƏ SİYASİLƏRİNƏ BİR AZCA AĞIL VERƏYDİ

Bütün dünyanın, eləcədə Avropanın iki düşməni var – Rusiya vəTürkiyə. Bunları da məhv edəndən sonra, necə ki artıq etməkdədirlər, bu dünya olur bütünlüklə ABŞ-ın və Avropanın özündənrazı dövlətlərinin. Qısası, «vor zakonların». Bunu Avropa çempionatında da gördük. Bu iki ölkəni çempionatdan uzaqlaşdırmaq üçün bütün hiylələrəəl atdılar.

İndi bütün dünyabunlara düşmən, bu iki ölkə də bir-birinə düşmən. Qadanızı alım.

«Viaqra» təzə çıxandabelə bir xəbər yazmışdım ki, erməni deyir türklərin 60-dan sonra ağlı bizdə olaydı. Belə bir məşhur misal var: «Türklərin 60-dək qurşaqdan aşağısı, 60-dan sonra qurşaqdanyuxarısı, yəni başı işləyir». «Viaqra» çıxandada yazdım ki, vay dədəm vay, day indən belə türklərin ölənədək (söhbət təkcə Türkiyə türklərindən getmir)qurşaqdan aşağısı işləyəcək. Bu hadisələr göstərdi ki, bu elə belə də oldu.