Məhkəməyə verilən özəl klinikanın rəhbəri kimdir?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi özəl tibb ocağı olan “Leyla Şıxlinskaya “klinikasının 22 illik rəhbəri Leyla Şıxlinskayanı məhkəməyə verib.
Adalet.az xəbər verir ki, iddiaya səbəb vergi öhdəlikləri üzrə mübahisələrdir.
İşə Bakı Kommersiya Məhkəməsində baxılır. Hakim Kənan Hüseynovdur.
Kimdir Leyla Şıxlinskaya?
.jpg)
Azərbaycan kino aktrisası, baletmeysteri, xoreoqrafı və pedaqoqu, Azərbaycanın xalq artisti, sənətşünaslıq elmləri doktoru, SSRİ Kinematoqrafçılar İttifaqının üzvü, 1990—1992-ci illərdə "Dyagilev-balet" truppasının baletmeysteri, "biznes-woman"dır.
Leyla Şıxlinskaya 12 iyun 1947-ci ildə Moskvada anadan olub. Əvvəl balet məktəbini, daha sonra GİTİS-in teatrşünaslıq fakültəsini bitirmişdir. "Arşın mal alan" filmində (1965) Gülçöhrənin yadda qalan obrazını yaratmışdır. Pedaqoq və xoreoqraf kimi SSRİ-nin gimnastika üzrə olimpiya yığmaları ilə işləyib. Uzun illər Moskvada Böyük Teatrın xoreoqrafiya məktəbində müəllimlik edib. Leyla Şıxlinskaya həm də Azərbaycanın xoreoqrafiyası və balet sənətinin tarixi və inkişafı mövzusunda 100-dən çox elmi məqalənin müəllifidir. 1992-ci ildən Moskvada özünün təşkil etdiyi "Çeyla" eksperimental balet yaradıcılıq mərkəzinin bədii rəhbəridir.
Leyla Şıxlinskayanın həyatı incəsənətlə bağlı olsa da, ailəsində həkimlər çoxluq təşkil edib. Bu əhatədə keçən uşaqlıq illəri 1999-cu ildə onu Leyla Şıxlinskayanın Klinikasını yaratmağa məcbur etmişdir və bu tibb ocağı Azərbaycanda ilk şəxsi klinikalardan biri olmuşdur.
(3).jpg)
1987-ci ildə sənətşünaslıq elmləri namizədi, daha sonra isə sənətşünaslıq elmləri doktoru elmi dərəcələrinə layiq görülmüşdür. 1993-cü ildə Azərbaycanın əməkdar artisti fəxri adına, daha sonra isə xalq artisti fəxri adına layiq görülmüşdür. Özü mediaya açıqlamasında 4 dəfə ailə həyatı qurduğunu söyləmişdi.
Sonuncu həyat yoldaşının adı Andrey Loqinov olub. Leyla xanımın Ceyla və
Filipp adlı iki övladı var.
Əntiqə Rəşid
Digər Xəbərlər
03 Aprel 2026 16:11
Sabahdan yağış başlayır - XƏBƏRDARLIQ
03 Aprel 2026 13:10
Şənbə günü intensiv yağış yağacaq, şimşək çaxacaq
03 Aprel 2026 12:23
Azərbaycana turist axını azalıb
03 Aprel 2026 11:23
Əhmədbəyli–Füzuli–Şuşa yolu ödənişli olacaq
02 Aprel 2026 23:03
Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu - VİDEO
02 Aprel 2026 16:43
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
02 Aprel 2026 16:35
"Qanlı Göl" ərazisi şəhər parkı konsepsiyasında abadlaşdırılacaq - VİDEO
02 Aprel 2026 14:27


Bakı -°C

