İlham Əliyev “TOTAL Energies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidentini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də “TOTAL Energies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Arnaud Breuillacı qəbul edib.
Adalet.az xəbər verir ki, görüşdə Arnaud Breuillacın fəaliyyətinin başa çatması qeyd edildi. Dövlətimizin başçısı onun ölkəmizlə TOTAL şirkəti arasında əməkdaşlığa töhfə verdiyini vurğuladı.
Arnaud Breuillac fəaliyyətinə verilən qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Söhbət zamanı təxminən bir ildən sonra Abşeron yatağında hasil olunacaq birinci qazın ölkəmizdə sənayenin inkişafı və əhalinin artımı ilə bağlı qaza olan daxili təlabatın ödənilməsi, ixrac potensialının artırılması və yeni bazarlara çıxışın əldə edilməsi, Avropanın enerji təhlükəsizliyinin təmin olunması işinə xidmət edəcəyinə ümidvarlıq ifadə olundu.
Görüşdə ölkəmizlə TOTAL şirkəti arasında əlaqələr, o cümlədən bərpaolunan enerji sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Digər Xəbərlər
10 Sentyabr 2026 18:25
Qazaxıstan Prezidenti türk dövlətlərinin daxili işlər nazirləri ilə görüşdü - FOTO
10 Sentyabr 2026 16:55
Bayramov Aİ rəsmisi ilə görüşdü
10 Sentyabr 2026 15:55
Prezident Azərbaycanın yəhudi icmasını təbrik etdi
10 Sentyabr 2026 13:46
Əli Əsədov Dünya Bankının regional direktoru ilə GÖRÜŞDÜ
10 Sentyabr 2026 12:17
Prezident kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında - FOTOLAR
10 Sentyabr 2026 11:12
Prezidentdən büdcədənkənar vəsaitlərdən istifadə ilə bağlı FƏRMAN
10 Sentyabr 2026 10:18
“Ermənistan-Rusiya münasibətlərində dərin böhran davam edəcək”
10 Sentyabr 2026 10:07


Bakı -°C

