Nazirlikdən "Omikron"la bağlı əhaliyə ÇAĞIRIŞ
Səhiyyə Nazirliyi "Omikron"la bağlı əhaliyə yenidən çağırış edib.
Adalet.az xəbər verir ki, çağırışda koronavirusun “Omikron” mutasiyasının genetik xüsusiyyətlərini nəzərə alaraq vətəndaşlardan səhiyyə qurumlarının müəyyən etdiyi virusa yoluxma riskini azaldan göstərişlərə əməl etmək xahiş olunub.
Qeyd olunub ki, maska taxılmalı, tez-tez əllər yuyulmalı və ya antiseptik vasitələrdən istifadə edilməli, fiziki məsafə saxlanılmalı, insanların sıx toplaşdığı yerlərdən uzaq durmalı, vaksin olunmalı, virusa yoluxduğunuz halda özünüzü ailə üzvlərinizdən mümkün qədər təcrid etməli, təcrid olunan yeri tez-tez havalandırmalı, gün ərzində 2 dəfə bədən hərarəti ölçülməli, bol maye qəbul edilməlidir. Eyni zamanda yataq rejiminə riayət edilməli, hərarət yüksəldiyi zaman (38℃ və daha yuxarı) qızdırmasalıcı dərmanlardan istifadə edilə bilər.
Bundan başqa, 5 gündən çox müddətdə idarə olunmayan yüksək qızdırma (>38.5℃, qızdırma salıcı dərmanlara tabe olmayan) narahat edici olarsa, ASM (poliklinika) ailə həkiminə (sahə həkimi pediatrı, sahə həkimi terapevti) məlumat verilməli, ev şəraitində antibiotik, antiviral, hormonal, immunitet artırıcı müalicələrdən və venadaxili mayelərin köçürülməsindən uzaq durulmalı, qonşunun, qohumun, tanışın tövsiyəsinə əsasən dərman qəbul edilməməli, orta tibb işçilərinin tövsiyəsinə əsasən müalicə olunmamalıdır.
"Vaksinasiya virusun istənilən mutasiyası ilə mübarizədə ən effektiv vasitə olaraq qalır. Vətəndaşlarımızı gücləndirici (“buster”) doza ilə vaksin olunmağa çağırırıq" - məlumatda qeyd olunub.
Digər Xəbərlər
08 Sentyabr 2026 12:22
“Sən maa heş zad eliyə bilməssən!” - Xərçəngə meydan oxudu
08 Sentyabr 2026 07:04
Gecə yataqda edilən bu səhv kişilərə ağır zərbə vurur
06 Sentyabr 2026 17:00
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
06 Sentyabr 2026 16:31
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
04 Sentyabr 2026 16:13
Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər
03 Sentyabr 2026 11:35
Səhər yeməyi vaxtı ömür uzunluğuna təsir edir - Araşdırma
03 Sentyabr 2026 10:10
Həkimlər 3 yaşlı uşağın əlini XİLAS ETDİ
02 Sentyabr 2026 17:54


Bakı -°C

