Nazir “Son zəng”lə bağlı əmr imzaladı
Təhsil naziri Mikayıl Cabbarov "Son zəng” tədbirlərinin təşkil edilməsi barədə əmr imzalayıb.
Təhsil Nazirliyindən Adalet.az-a verilən xəbərə görə, əmrə əsasən, "Son zəng” tədbiri iyunun 14-də hər bir müəssisənin ərazisində təşkil olunacaq.
Əmrə əsasən, "Son zəng” tədbirinə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələrinin, sabiq məzunların dəvət olunması məktəb rəhbərlərinə tövsiyə edilməli, Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri "Son zəng”in məzmunlu keçirilməsi, tədbir müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görməlidirlər.
Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.
Digər Xəbərlər
18 May 2024 16:06
"150 bal toplayan şəxs ali məktəbə qəbul ola bilər" - Məleykə Abbaszadə
17 May 2024 17:58Qarabağ Universitetində əcnəbi tələbələr təhsil alacaqlar? - AÇIQLAMA
17 May 2024 17:18İmtahan nəticələri açıqlandı - 16 nəfər maksimum bal topladı
17 May 2024 17:06MİQ üzrə qeydiyyatdan keçən müəllimlərin sayı açıqlandı
17 May 2024 15:50