Nazir: “Antiterror tədbirlərində hədəfləri dəqiq vuran Azərbaycan istehsalı silahlar da tətbiq edilib”

“Hazırda bir neçə yeni silah növləri yaradılmaq üzrədir. Bu istiqamətdə işlər aparılır”.
Bunu jurnalistlərə açıqlamasında müdafiə sənayesi naziri Mədət Quliyev deyib.
O bildirib ki, hazırda Müdafiə Sənayesi Nazirliyinin tərkibində yeni holdinq yaradılır:
“Biz başqa formada işlər aparırıq. Ümumilikdə, Azərbaycanda iki mindən artıq çeşiddə müdafiə təyinatlı məmulat istehsal edilir”.
Nazirin sözlərinə görə, Azərbaycan istehsalı olan müdafiə təyinatlı məmulatların alınması üçün müraciətlərin sayı artmaqdadır. Belə ki, Vətən müharibəsindəki qələbədən sonra Azərbaycanın istehsal etdiyi hərbi məhsullara tələbat həddən çox artıb.
Mədət Quliyev əlavə edib ki, 30-a yaxın dövlət silah-sursat almaq üçün müraciət edib:
“Müraciətlərə baxılıb, hazırda müraciətlərin sayı artır. Qeyd etməliyəm ki, ABŞ də bizdən silah alır”.
Nazir onu da qeyd edib ki, Qarabağ bölgəsində lokal antiterror tədbirlərində hədəfləri dəqiq vuran Azərbaycan istehsalı silahlar da tətbiq edilib.
Digər Xəbərlər

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

Selçuk Bayraktar: “Technofest” yenidən Azərbaycanda keçirilə bilər"

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

Telefonunuzda bu tətbiqlər varsa, pulunuz oğurlanacaq - XƏBƏRDARLIQ

55 nömrəli “Bakcell” avtomobili nüfuzlu sürət yarışında - VİDEO

Azərbaycanın Su-25 təyyarəsi Türkiyənin qanadlı raketini sınaqdan keçirdi
