Naxçıvana aviabiletləri rəqəmsal şəxsiyyət vəsiqəsi ilə almaq mümkün oldu
Sərnişinlər "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakıdakı kassalarında “mygov” tətbiqi vasitəsilə rəqəmsal şəxsiyyət vəsiqəsindən istifadə edərək Naxçıvana aviabilet əldə edə bilərlər.
Bu barədə Adalet.az-a AZAL-a istinadən xəbər verir. Yeni imkan yaxın gələcəkdə AZAL-ın Naxçıvandakı kassalarında da tətbiq olunacaq.
Artıq sərnişinlərdən aviabilet alarkən fiziki olaraq şəxsiyyət vəsiqələrini daşımaq tələb olunmur. Şəxsiyyəti təsdiq edən lazımi məlumatlar “mygov” tətbiqi üzərindən təqdim edilə bilər.
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Fərmana əsasən, vətəndaşların tələb olunan şəxsiyyət vəsiqəsi məlumatlarını “mygov” tətbiqi vasitəsilə təqdim etməsi fiziki şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə bərabər tutulacaq.
"Bu yenilik bilet alışı prosesini asanlaşdıracaq və müasir rəqəmsal dünyada məlumat təhlükəsizliyini yüksək səviyyədə təmin edəcək", - məlumatda deyilir.
Digər Xəbərlər
15 Dekabr 2025 18:51
Yeni il qabağı çox şey ucuzlaşacaq?
15 Dekabr 2025 17:41
Azərbaycandan Çinə investisiya qoyuluşu 4 dəfəyə yaxın artıb
15 Dekabr 2025 11:20
"Brent" bahalaşdı
15 Dekabr 2025 10:39
Azərbaycanda bu şəxslərə iki dəfə çox maaş ödəniləcək
13 Dekabr 2025 15:54
Azərbaycanda 1C üzrə ilk praktiki seminar keçirildi - FOTOLAR
12 Dekabr 2025 17:35
Kafe və restoranların dövriyyəsi 2.5 mlrd. manata yaxınlaşıb
12 Dekabr 2025 17:11
Vəfat edən şəxsin sığorta məbləği ailəsinə veriləcək? - AÇIQLAMA
12 Dekabr 2025 14:20


Bakı -°C

