"Naxçıvan TV"yə peyk yayımı lisenziyası verilib
“Naxçıvan TV”yə peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyası verilib.
Adalet.az xəbər verir ki, bu barədə Audiovizual Şuranın iclasında qərar qəbul olunub.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli 1844 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2024-cü il tarixli Fərmanı ilə əlaqədar “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Audiovizual Şuraya müraciəti müzakirə olunub.
Şuranın qəbul etdiyi müvafiq qərarlara əsasən “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC-yə regional yerüstü televiziya yayımçısı (kanalın adı: “Naxçıvan TV”) lisenziyası və regional yerüstü radio yayımçısı (kanalın adı: “Naxçıvan Radiosu”) lisenziyası verilib. Həmçinin, regional yerüstü televiziya yayımını həyata keçirmək şərti ilə “Naxçıvan TV”yə peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyasının da verilməsi haqqında qərar qəbul olunub.
Digər Xəbərlər
27 Mart 2026 10:33
MEDİA qazi jurnalistin vəfatı ilə əlaqədar başsağlığı verib
17 Mart 2026 13:16
Media orqanlarının nəzərinə: Tələblər artırılır
10 Mart 2026 17:26
Bir sıra media nümayəndələri üçün vörkşop keçirilib - FOTOLAR
10 Mart 2026 16:06


Bakı -°C

