Naxçıvanda deputatların maaşı artırıldı
Bu gün altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyası keçirilib.
Adalet.az xəbər verir ki, sessiyada cari məsələyə - Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının əməkhaqlarının artırılmasına da baxılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib ki, son dövrlərdə muxtar respublikanın sosial-iqtisadi inkişafı və əməkhaqlarının mərhələlərlə bir neçə dəfə artması bu məsələyə də baxılmasını zəruri edib. Bütün bunlar əsas götürülərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının əməkhaqlarının artırılması ilə bağlı qərar layihəsi hazırlanıb.
Qərar layihəsi oxunub və səsə qoyularaq qəbul edilib.
Digər Xəbərlər
02 May 2024 15:58
Asiya İnkişaf Bankının Departament direktoru Azərbaycan Səhiyyə Nazirliyində olub
02 May 2024 15:48Tatoyan:"Azərbaycanlıların 96,2% -i Zəngəzur, İrəvan və Göyçəni tarixi yurdu hesab edir"
02 May 2024 12:31Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi
02 May 2024 12:09Polislər deputatı doğulduğu kəndə buraxmadı: Video
02 May 2024 11:35