adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
30 Noyabr 2022 12:28
315
DÜNYA

NATO Türkiyəyə dəstək verirsə, PKK-nı gücləndirən ABŞ-a nə deyəcək? - TƏFƏRRÜAT

Hələ 2018-ci ildə Türkiyə Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı ilə Suriya masasında Türkiyənin regional güc olaraq əlini gücləndirəcək addım, həm də təhlükəsizliyini təhdid edən terror şəbəkəsinin məhv etməyi planlaşdırdı.

Əməliyyatın davam etdiyi vaxtda bir sıra Qərb mediasının, xüsusilə Amerika KİV-nin Ankaranın terrora qarşı mübarizəsini yanlış təqdim etmək cəhdləri də müşahidə olundu. Bu, Vaşinqtonun PKK/PYD/YPG terrorçularını dəstəklədiyi və bölgədə məhz onlar üzərindən siyasət yürütdüyü faktı fonunda informasiya müharibəsi olaraq dəyərləndirildi. Hətta 2-3 ay əvvəl nəinki Türkiyə, eləcə də dünya mediası ABŞ əsgərləri Suriyanın Hesəkə vilayətinin şərqindəki Malikiyye rayonunda YPG/PKK terrorçularına silahlı təlim keçdiyindən yazdı.


ABŞ Xüsusi Təyinatlı Qüvvələri Türkiye-İraq sərhədinə yaxın Malikiyyə bölgəsində 240 YPG/PKK terrorçusuna silahlı təlim keçib.Türkiyə mediası qeyd etdi ki, ABŞ və rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ildən bəri minlərlə YPG/PKK terrorçusuna silahlı təlim keçib.

Anlaşılan odur ki, bu məsələdə ABŞ-la NATO-nun fikri üst-üstə düşmür.

Adalet.az Türkiyə mediasına istinadən xəbər verir ki, 6 nəfər həlak olduğu, 86 nəfərin yaralandığı Türkiyənin İstanbul şəhərindəki sonuncu terror aktı Qərb ölkələrində, xüsusən NATO üzvü olan ölkələrdə xeyli həyəcan yaratdı. Beləki, NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin toplantısının ilk günündə yayılan bəyanatda PKK terror təşkilatının son qanlı aktlarından sonra Türkiyə ilə həmrəylik mesajı verildi.
Nəşr bildirir ki, bəyanatda NATO-nun 360 dərəcə yanaşma ilə bütün müttəfiqlərini bütün təhdidlərdən qoruyacağı vurğulanıb:“Terrorun hər cür forma və təzahürlərini qınayırıq, son dəhşətli terror aktlarından sonra can itkilərinin yasını saxlayan Türkiyə ilə həmrəyik”.
Qeyd edək ki, bəyanat qəbul olunan gün başqa bir məlumat da paralel olaraq yayıldı. Türkiyə mediasının məlumatında deyildi ki, ABŞ Türkiyənin əməliyyatı öncəsi PKK-ya ən böyük sursat partiyasını çatdırıb:“ABŞ Suriyada PKK-ya dəstəyini davam etdirir. 80 yük maşını ilə işğal altındakı bölgələrə sursat, silah və logistika materialları göndərilib”..
Hərbi karvan Suriya və İraq sərhədində yerləşən Əl-Valid keçid məntəqəsindən keçərək Təl-Baydar bazasına istiqamət alıb.
Xatırladaq ki, TRT bu günlərdə belə bir xəbər yayınlamışdı: ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) terror təşkilatı PKK/KCK/PYD-YPG üçün cari il yarım milyard (550 milyon dollar) dollar vəsait ayırıb.
Pentaqonun hazırladığı Suriya üzrə hesabata görə, bu miqdar ABŞ-ın terror təşkilatına keçən il ayırdığı vəsaitdən 70 milyon dollar artıqdır.
Terror təşkilatına veriləcək müxtəlif miqdarda silah-sursat üçün 433 milyon dollar vəsait ayırılıb.
Hesabatda vəsaitin bir hissəsinin silah-sursat üçün ayrıldığı, 67 milyon dollar vəsaitin isə terrorçuların səhiyyə və nəqliyyat xərclərinə ayrıldığı bildirilib.
Rəsmi Vaşinqton terror təşkilatını sadəcə silahla təmin etmir, terorrçuların sayını da artırır.
Hesabatda 25 min olduğu qeyd edilən terrorçu sayının ilin axırınadək 30 minə çıxarılacağı da bildirilib.

Digər tərəfdən Pentaqon 2019-cu maliyyə ili üçün hazırlanan büdcə layihəsində DEAŞ ilə mübarizə çərçivəsində terror təşkilatı PYD/PKK-ya təlim-təchizat işləri üçün 300 milyon, “DEAŞ əleyhinə missiya ilə əlaqəli sərhəd təhlükəsizliyi ehtiyacları” üçün isə 250 milyon dollar olmaqla cəmi 550 milyon dollar ayırıb.

ABŞ başçılığındakı koalisiyanın əvvəl 30 min nəfərdən təşkil tapacaq sərhəd təhlükəsizliyi qüvvəsi kimi açıqladığı, ancaq daha sonra “daxili təhlükəsizlik və sabitlik gücü” olaraq adlandırdığı terror əleyhinə ordu üçün isə fond ayırması diqqət çəkir.


P.S. Düşünürəm ki, terror təşkilatlarının kökünü kəsmək üçün ilk öncə o təşkilatların büdcəsi – nəfəsi rolunu oynayan ölkələrin ödənişininin qarşısını almaq lazımdır!. Yəni, həm milyon dollarlıq yardımı, həm də terrora yardım uzanan əli kəsmək...


Əntiqə Rəşid