adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Mart 2023 11:43
279
DÜNYA

NATO Rusiyanı qıcıqlandırmaqda israrlıdır

ABŞ deyəsən Ukraynadan sonra Kişinyovu da müharibəyə sürükləməyə hazırlaşır. Moldova müdafiə nazirliyinin mətbuat xidmətindən bildirilir ki, ölkə ərazilərində NATO ölkələrinin xüsusi təyinatlılarının birgə təlimləri start götürüb.

Joint Combined Exchange Training (JCET-2023) təlimlərində Böyük Britaniya, Moldava, Rumıniya və ABŞ ordularının xüsusi təyinatlı hərbi bölmələri iştirak edir.

Təlimin məqsədi dörd ölkənin xüsusi təyinatlı hərbiçilərinin əməliyyat çərçivəsində peşəkarlıqlarını nümayiş etdirmələri göstərilsə də, anlaşılan odur ki, məqsəd Rusiya sərhədləri yaxınlığında hərbi təlimlər keçirməklə Moskvanı qıcıqlandırmaqdır.

Hərbiçilər təlimlərdə, atəş nöqtələrində, paraşütdən istifadə etməkdə, səhra təlimlərində konkret missiyaların həyata keçirilməsində bacarıqlarını bölüşəcəklər.

Xatırladırıq ki, NATO bundan əvvəl Latviyada "Xrustal ox-2023" adlı təlimlərə başlayıblar. Təlimlər 31 mart tarixinədək başa çatmalıdır.

 

Rüstəm Hacıyev