Narkotikin və spirtli içkinin təsiri altında maşın sürən şəxs həbs edildi

Beyləqanda narkotik vasitə və spirtli içkinin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü həbs edilib
Adalet.az xəbər verir ki, Beyləqan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Kia" markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydasını pozduğuna görə sürücü İ.Səfərova “saxla” işarəsi verilib. Araşdırma zamanı onun narkotik vasitə və spirtli içkinin təsiri altında avtomobili idarə etdiyi aşkarlanıb.
İ.Səfərov barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən onun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 7 sutka inzibati qaydada həbs olunub.
Digər Xəbərlər

Xaricdə “Abu Malik” kod adı ilə azərbaycanlıları tutduran şəxsi DTX həbs etdi

58 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb

Cinayətdə şübhəli bilinən 58 nəfər saxlanıldı

Polis 3 tondan artıq çətənə kolunu məhv etdi

Polis əməliyyat keçirdi - 881 kiloqram çətənə kolu aşkarlandı - VİDEO

Bakıda marketlərdən oğurluq edən 2 nəfər saxlanıldı

Klinika direktoru arvadını sevgilisinə görə güllələyib - TƏFƏRRÜAT
