Narkotikin təsiri altında avtomobil sürən şəxs saxlanılıb
Narkotikin təsiri altında olan sürücü saxlanılıb.
Bu barədə Adalet.az-a DİN-in BDYPİ-dən məlumat verilib.
Bildirilib ki, paytaxt sakini Nadir Zeynalov “BMW” markalı avtomobillə Ələt-Astara avtomagistralında hərəkətdə olarkən YPX Alayının stasionar postunda nəzarət qaydasında saxlanılıb.
Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub. Müayinə zamanı özünün də etiraf etdiyi kimi, narkotik vasitənin təsiri altında olduğu sübuta yetən N. Zeynalov inzibati məsuliyyətə cəlb edilib.
"Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir", - məlumatda qeyd edilib.


Bakı -°C

