Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu

İsmayıllıda polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı Babək Əzizovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilin işıq cihazları nasaz olduğu üçün sürücüyə “saxla” işarəsi verilib.
Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki Regional Qrupundan məlumat verilib.
Bildirilib ki, sənədləri yoxlanılarkən B.Əzizovun narkotik vasitə qəbul etdiyinə dair şübhələr yarandığından o, tibbi müayinədən keçirilib. Nəticədə həmin şəxsin marixuana istifadə etdiyi müəyyənləşib.
Məhkəmənin qərarı ilə B.Əzizovun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.
Digər Xəbərlər

“12 yaşlı oğluma zərbələr endirərək zorla harasa aparmağa çalışıblar” - VİDEO

Polis Nərimanovda əməliyyat keçirdi

Cinayətdə şübhəli bilinən 60 nəfər saxlanıldı
