adalet.az header logo
  • Bakı -°C
01 Iyun 2025 20:10
695
HADİSƏ
A- A+

Kəlbəcərdə traktor minaya düşdü - Xəsarət alan var

Kəlbəcərdə traktor minaya düşüb, xəsarət alan var.

Adalet.az-ın məlumatına görə, rayonun Susuzluq kənd ərazisində traktorun minaya düşməsi nəticəsində 1989-cu il təvəllüdlü Rəşadət Əsədov xəsarət alıb.

Xatırladaq ki, mayın 30-da Ağdərədə, mayın 31-də isə Goranboyda mina hadisəsi qeydə alınıb, iki nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır./report