adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
06 Yanvar 2021 11:53
47367
MARAQLI

Narıncı “doktor” – Portağalın inanılmaz faydaları

Hazırda portağal meyvəsinin mövsümüdür. Portağal dünyada sitruslar içərisində ən geniş yayılmış növdür. Zəngin kimyəvi tərkibə, ətirli-şirəli meyvələrə malik portağal yer kürəsinin 90-dan çox ölkəsində becərilir.

 

 

Portağal haqqında məlumat

 

Portağalın on minə qədər sortu məlumdur. Yalnız Qafqazın Qara dəniz sahili rayonlarında 200-dən artıq sortu cəmlənmişdir.Geniş yayılmış sortları Pervenets, Vaşinqton Navel, Luçşiy suxumskiy, Hamlin sortlarıdır. Bağın salınması. Portağal bağı da limon bağı kimi təşkil edilir. Qida sahəsi 4x3 m, 4x2,5 m, yamaclarda isə 3x3 m verilir. Sitrus meyvə bitkilərinin əsas zərərvericiləri və xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri: Sitrus meyvə bitkilərinin əsas zərərvericiləri - Yastıcalar, minalayıcı sitrus güvəsi, tor gənəciyi, istixana tripsi, mənənə və sairələrdir. Bunlara qarşı mübarizədə bazinon 1,0-1,2l/ha, korban 2,0 l/ha, kunq-fu -0,4 l/ha, Dnok 0,4 l/ha, 0,1%-li topsin M, 0,2%-li akreks, 0,2%-li karbofos, poliqor və yaxud onları əvəz edən yeni preparatlardan istifadə etmək olar. Sitrus meyvə bikilərinin becərilmə texnologiyası Sitrus meyvə bitkilərinin əsas xəstəlikləri- Hommoz, kif, antraknoz, fitoftoroz, bakterioz, nekroz, dəmgil və s. qarşı mübarizədə - 0,4% sineb, 1% bordo məhlulu, 1%-li mis kuporosu və ya 3 %-li dəmir kuporosu və yaxud onları əvəz edən yeni preparatlardan istifadə etmək olar.

Portağalın faydaları

 

Bu meyvə insanı gümrah edər və bədənə çoxlu kalori daxil etməz. Portağal payız meyvələrindən biridir ki, çox dadlı və faydalıdır. Soyuq günlər gəlib çatmışdır və bədənimizin C vitamininə daha çox ehtiyacı vardır.

Portağalın 6 faydasına nəzər salaq:

1. Soyuqdəymənin dərmanıdır. Çünki portağalın tərkibində C vitamini vardır ki, immun sistemini gücləndirər. İmmun sistemi əsgərlərə bənzəyir ki, insan bədənini qoruyar. İnsanı soyuqdəymədən, viruslardan qoruyar. Bu vitamin bədəndə olan iltihablara təsir edər və onun sağalmasına şərait yaradar. Bir portağal insanın gün ərzində C vitamininə olan ehtiyacının yarısını ödəyər.

2. Qandakı pis xolesterinin səviyyəsini aşağı salar. Portağalın tərkibində olan fibrlər qandakı xolesterinə müsbət təsir qoyar. Portağal suyu qanda olan yağlılığı aşağı salar. Ona görə də gün ərzində 3 stəkan təzə çəkilmiş portağal suyu içmək tövsiyə edilir.

3. Çəkini normada saxlayar. Portağalın tərkibində su, kalsium, bir qədər kalori vardır. Əgər çəkinizi aşağı salmaq istəyirsinizsə, o zaman banan və ya üzüm yerinə portağal yeyin ki, onun kalorisi azdır. Portağal dəmirin cəzb olmasına yardım edər. Adətən həkimlər mərci yeyəndən sonra bir portağal yeməyi tövsiyə edirlər.

4. Portağal xərçəng xəstəliyini uzaqlaşdırar. Tədqiqatlar göstərir ki, portağalın tərkibində olan anti-oksidantlar xərçəngin bir çox növlərinə tutulmaq riskini azaldar, o cümlədən: ağız, mədə, bağırsaq xərçənginin. Portağalın tərkibində olan C vitamini bir çox xəstəliklərin qarşısını aldığı kimi, xərçəngin də qarşısını ala bilir. Əgər portağal suyunun tərkibini daha da gücləndirmək istəyirsinizsə, onunla bir yerdə yaşıl çay da için. Hər ikisinin tərkibində olan anti-oksidantlar xərçəng üçün sədd yaradar.

5. Ürəyinizə faydalıdır. Ürəyiniz xəstəlik yeri deyildir, eşq və sevgi yeridir. Portağalın tərkibində olan anti-oksidantlar ürək xəstəliklərinin də qarşısını alar.

6. Dəriyə qulluq edər. Portağalın tərkibində olan anti-oksidantlar hüceyrələrin qocalmasının qarşısını alar və hüceyrə sistemini gücləndirər. Ona görə də tövsiyə edilir ki, hər gün ya portağal yeyəsiniz, ya da onun suyundan istifadə edəsiniz.

Nuş olsun!

 

Əntiqə Rəşid