adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
22 May 2023 13:33
780
ŞOU-BİZNES

Murad Arif: “Kaş özümə çox inansaydım”

Adalet.az xəbər verir ki, yeni konsertindən sonra tanınmış müğənni Murad Arif konserti barədə yazılan mənfi fikirlərə münasibətini bildirib.

“Jurnalist Günel Musanın səhifəsində "Səs" qırğını gedir. Qız sadəcə izah etməyə çalışır ki, Pop musiqi Opera və ya Muğam deyil. Bəzən sadə mahnıları, qəliz texnika ilə deyil sadə oxuyub, enerji ötürmək kifayət edir, Cennifer Lopez və bəndəniz kimi. Gunel Musa, heç uğraşma, canım. Konsertdən siz də, biz də həzz aldıq. Əsas budur”.

O, müsbət fikirlər barəsində də fikirlərini bölüşüb:

“İlahi, bu necə emossional müsahibələrdir?! Peşəkarlar nələr danışır. Mən hələ də yuxu görürəm sanki. Çox təşəkkür edirəm! Bu qədər sevildiyimi, bu qədər bəyənəcəyinizi bilsəydim. Özümə bir az daha çox inansaydım kaşki. Minnətdaram!”

Emin