adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
12 May 2018 11:26
19803
İDMAN

MÜQƏDDƏS KİTABDA YAZILIB: «FUTBOLA GETMƏK QADAĞANDI!»

Səmavikitablarda Allah bizə nələri qadağan edib:şərab içmə –içirik; rüşvət alma – alırıq; oğurluq etmə – edirik; kasıbın malınagöz dikmə – dikirik; zina yapma – yapırıq; ürəyini Allahla düz tut – tutmuruq; Allahın yaratdığınıöldürmə – öldürürük; xalqın malına kəc baxma – baxırıq; donuz əti yemə – yeyirik;namaz qıl – qılmırıq; fitrə-zəkat ver – vermirik; yalan danışma – danışırıq və sairvə ilaxır. Yəni müqəddəs kitablarda yazılanların tərsinə gedirik.

Deyirəm,kaş müqəddəs kitabımızda belə bir ayə dəolardı - «Futbola getməyin, günahdı».

Stadionlarımızdolub-daşardı. Bilet üstə baş yarılardı.

Bəlkə,ilahiyyatçılarımız Azərbaycan futbolunun xətrinə heç olmasa belə bir hədis yaradalar.

Yerigəlmişkən, birini mən deyim . Filan peyğəmbər görür ki, çox böyük bir qələbəlikdi,hətta dava-dalaşdı , soruşur ki, nə olub.Deyirlər ki, futbol olacaq, bilet üstündədi dava.

Peyğəmbərbuyurur:

- Futbol oynamaq və futbola baxmaq ən böyük günahdı.Futbolu allahsızlar, bütpərəst, qədim hindlilər kəşf edib, cin-şeytan işidi. İyirmi ikinəfər yarıçılpaq çıxır və adamları başdan edir.

Necəola bilər ki, Türkiyənin professoru çıxıbtelevizyonda deyir ki: «Nuh peyğəmbər oğluyla mobil telefonla danışırdı», biz nəsə deyəbilmərik?