adalet.az header logo
  • Bakı -°C
20 Noyabr 2025 09:16
61
DÜNYA
A- A+

Müharibəni bitirmək üçün Ukraynanın qarşısına bu şərtlər qoyuldu

ABŞ Ukrayna lideri Volodimir Zelenskiyə Ukraynanın Rusiya ilə müharibəni dayandırmaq üçün Amerika tərəfindən hazırlanmış çərçivə sənədini qəbul etməsi barədə siqnal göndərib.

Adalet.az xəbər verir ki, bu barədə "Reuters" yazıb.

Sənədə əsasən, Kiyev ərazilərdən və bəzi silahlardan imtina etməlidir.

Anonim rəsmilər təkliflərə, digər məsələlərlə yanaşı, Ukrayna silahlı qüvvələrinin sayının azaldılmasını da daxil etdiyini bildiriblər.

"Financial Times" qəzeti əlavə detalları açıqlayıb: layihədə Ukraynanın Kiyevin nəzarəti altında olan ərazi də daxil olmaqla Donbasın qalan hissəsini Rusiyaya verməsi və silahlı qüvvələrinin sayının yarıya endirilməsi nəzərdə tutulub.

Başqa bir müddəaya görə, rus dili Ukraynada rəsmi dövlət dili kimi tanınmalı və Rus Pravoslav Kilsəsinin yerli yeparxiyasına rəsmi status verilməlidir.