Polis Akademiyası təbliğat-təşviqat tədbirlərini davam etdirir - FOTO
Polis Akademiyasının əməkdaşları tərəfindən həm paytaxtda, həm də müxtəlif bölgələrdə yerləşən məktəblərin müəllim və IX–XI sinif şagirdləri ilə keçirilən maarifləndirici görüşlər davam etdirilir.
Adalet.az xəbər verir ki, təbliğat xarakterli tədbirlərdə şagirdlərə Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil imkanları, tədris prosesi, Akademiyanın tarixi və daxili işlər orqanlarında xidmətin üstünlükləri haqqında ətraflı məlumatlar verilir.
Görüşlərdə iştirak edən şagirdlər təhsil müəssisəsində mövcud sosial təminatlar – geyim, yataqxana şəraiti və tətbiq olunan müasir tədris texnologiyaları ilə də tanış edilirlər.
Şagirdlərə “Hüquqşünaslıq” və “İnformasiya təhlükəsizliyi” ixtisasları üzrə qəbul şərtləri geniş şəkildə izah olunur, Akademiyanın fəaliyyəti ilə bağlı videoçarxlar nümayiş etdirilir və məlumatlandırıcı lifletlər təqdim edilir.
Polis Akademiyasının keçirdiyi bu tədbirlər şagirdlər tərəfindən maraqla qarşılanır, sənəd qəbulu və onları maraqlandıran digər suallar cavablandırılır.
Digər Xəbərlər
20 Noyabr 2025 10:25
“Kənd sakinlərinin gərəkli şəraiti və qazanc imkanları olsa...”
20 Noyabr 2025 09:00
Ağdamın işğaldan azad edilməsindən 5 İL ÖTÜR
19 Noyabr 2025 16:12
Dövlət Komitəsində qanvermə aksiyası keçirilib - FOTOLAR
19 Noyabr 2025 14:15


Bakı -°C

