adalet.az header logo
  • Bakı -°C
20 Noyabr 2025 10:21
52
ELM VƏ TƏHSİL
A- A+

“Bu, təhsilverənlərin maaşına imkan yaradacaq...”

“Təhsilverənlərin sertifikatlaşdırılması məsələsi təklif ediləndə də bəzi insanlar etiraz edir, videolar çəkir, prosesin qarşısını almağa çalışır, bunun bir oyun olduğunu, müəllimlərin əmək haqqına heç bir müsbət təsir göstərməyəcəyini iddia edirdilər”. 

Adalet.az xəbər verir ki, bunu hüquqşunas Xanlar Sətullayev deyib. 

Onun sözlərinə görə, zaman keçdikcə sübut olundu ki, sertifikatlaşdırma məhz müəllimlərin xeyrinədir:

“Bu gün müəllimlərin əmək haqqının iş saatına görə hesablanması təklifi də bəzi şəxslər tərəfindən insanlara qəsdən yanlış izah olunur, bəzilərinin isə sadəcə şəxsi maraqlarına zidd olduğu, "dərsimi deyim qaçım" erasına son qoyulacağı üçün prosesi ləngitməyə, yaxud durdurmağa çalışırlar. Lakin yeni sistem tətbiq olunduqdan və faydalarını gördükdən sonra köhnə sistemlə işləyən müəllimlər də özləri könüllü olaraq yeni sistemlə işləmək istəyəcəklər. Yeni sistem təhsilverənlərin maaşına, təhsilalanların isə repetitor yanına getmədən öz məktəbində əlavə məşğul olmasına imkan yaradacaq. Lakin ən əsası yeni sistem müəllimin maaşının daha çox dərs saatı almasına görə deyil, iş saatına görə hesablandığına görə hər il dərs bölgüsü ilə bağlı yaşanan narazılıqlara və neqativ hallara da həmişəlik son qoyulacaq”.

Vasif ƏLİHÜSEYN