Ərdoğan: Türkiyə hərbi təyyarəsinin qəza səbəbi hərtərəfli araşdırılır
Türkiyə Hərbi Hava Qüvvələrinin "C-130" hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğramasının səbəbini müəyyənləşdirmək üçün hərtərəfli araşdırma aparılır.
Adalet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) hakim partiyanın parlament fraksiyasının iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, təyyarənin qəzaya düşmə səbəbinə dair araşdırmalar davam edir:
"Milli Müdafiə Nazirliyi araşdırmalar başa çatdıqdan sonra nəticələri ictimaiyyətə açıqlayacaq".
Qeyd edək ki, noyabrın 11-də Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi təyyarə qəzaya uğrayıb. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib.
Hadisə nəticəsində göyərtədə olan 20 Türkiyə hərbçisi şəhid olub.
Digər Xəbərlər
24 Noyabr 2026 17:48
"Ermənistan Konstitusiyasında Türkiyə ilə fikir ayrılığına səbəb olan ifadələr çıxarılıb"
24 Noyabr 2026 17:43
Netanyahu onun öldürüldüyünü açıqladı
24 Noyabr 2026 15:09
Fatma Betül Sayan Kaya ev dustaqlığına buraxılıb
24 Noyabr 2026 14:42
Rəsmi Moskva iki rusiyalı diplomatın Kiprdən çıxarılması ilə bağlı xəbərləri təkzib edib
24 Noyabr 2026 09:55
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
24 Noyabr 2026 09:24
“Əsrin boşanması” bitir - Milyarder ayrılmaq üçün 702 milyon ödəməyə razılaşdı
24 Noyabr 2026 08:50
Bu ölkədə məktəblərdə mobil telefon qadağan olunur
24 Noyabr 2026 08:10


Bakı -°C

