Müharibə nə vaxt bitəcək? - Trampdan cavab
ABŞ Prezidenti Donald Tramp İrana qarşı yenidən başlayan bombardmanı “hərbi toqquşma” adlandırıb və əməliyyatların nə qədər davam edəcəyinə dair konkret vaxt açıqlamaqdan imtina edib.
Adalet.az xəbər verir ki, Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp ABŞ-nin İranın hərbi imkanlarına ciddi zərbə vurduğunu, lakin qarşıdurmanın hələ bir müddət davam edə biləcəyini bildirib.
“Biz etməli olduğumuzu edirik. Onların imkanlarını əhəmiyyətli dərəcədə azaltdıq, amma onlar bir müddət döyüşəcəklər”, – ABŞ lideri deyib.
Tramp administrasiyasının əvvəllər hərbi əməliyyatların dörd-altı həftə ərzində başa çatacağını proqnozlaşdırmasına baxmayaraq, Prezident münaqişənin uzanmasını ciddi problem kimi qiymətləndirməyib.
“Biz Vyetnamda 19 il qaldıq. Burada isə cəmi dörd aydır və düşünürəm ki, çox iş görmüşük”, – o əlavə edib.
ABŞ Prezidenti müharibənin necə başa çatacağı ilə bağlı detalları açıqlamasa da, İranla razılıq əldə olunmasının mümkün olduğunu vurğulayıb. Buna baxmayaraq, Tramp yaxın vaxtlarda hər hansı razılaşmanın əldə ediləcəyinə dair böyük gözləntilərinin olmadığını etiraf edib.
“Nəsə etmək istəyən insanları cəlb etməlisiniz. İki gün əvvəl onlarla razılığa gəlmişdik, lakin sonra dedilər ki, bu razılaşmanı indi bağlaya bilmərik və məsələni müzakirə etməliyik”, – deyə Tramp bildirib.
Digər Xəbərlər
14 Iyul 2026 09:10
NATO sammitində çalınan mehtər marşı ilə bağlı Ərdoğandan açıqlama
13 Iyul 2026 21:57
Knesset həmin layihə üzrə səsverməni - Dayandırdı
13 Iyul 2026 21:51
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı geniş kampaniyaya başlayır
13 Iyul 2026 21:43
Avropada misli-görülməmiş istilər - 10 mindən çox ölüm halı
13 Iyul 2026 20:52
Taylandda gecə klubunda dəhşətli yanğın - 27 ölü, 63 yaralı
13 Iyul 2026 20:24
Trampdan təklif: Qrehemin vəzifələrini o icra etsin!
13 Iyul 2026 20:00
"Tehran heç bir halda icazə verməyəcək" - İrandan Hörmüzlə bağlı xəbərdarlıq
13 Iyul 2026 19:50


Bakı -°C

