“Ermənistanı Azərbaycan Prezidenti başa saldı, İranı isə...”
“Artıq 3-cü gün ardıcıl olaraq ABŞ tərəfindən İrana, İran tərəfindən isə körfəz ölkələrinə qarşı hava zərbələri davam edir. İran tərəfindən atılan raket və PUA sayında azalma müşahidə olunur. Bəzən İran raketləri ölkə ərazisini tərk etmir, öz ərazisinə düşür. İranın ABŞ gəmiləri ilə dənizdən mühasirəsi yenidən tətbiq olundu. ABŞ prezidenti hər gün İranı təhqir edir, "qalib" İran isə zərbələrdən şikayət edir və qonşuluqdakı boş ABŞ bazalarını təkrarən vurur”.
Adalet.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.
O, bildirib ki, halbuki ABŞ gəmiləri və ya İsrail ərazisi İran raketləri üçün əlçatandır:
“ABŞ İran və digər körfəz ölkələrindən, həm də İsraildən müharibə xərclərini geri almaq, hətta Hörmüzdə İran və tərəfdarları üçün rüsum tətbiqi üçün tələblər səsləndirir. Yəni ABŞ yalnız öz maraqlarını təmin etmək üçün İranı hərtərəfli, digərlərini isə qismən əzir. Daha əvvəl "Futbol üzrə Dünya Çempionatına görə ABŞ prezidenti müharibəni dayandıracaq", "Konqres və Senat ABŞ prezidentinə iki aydan artıq müharibə aparmağa imkan verməyəcək", "ABŞ müharibə xərclərini daşıya bilmir", "ABŞ sursat qıtlığı ilə üzləşib" kimi iddialar səsləndirən və hətta mənimlə bu mövzuda mübahisə edən bəzi mütəxəssislər, son günlər çıxışlarında yumşaq şəkildə "İran sahillərini tərk edirlər". Ən pis halda anti-islam ölkəsinə sanksiya tətbiq edən, onun yüz milyardlarla dollar vəsaitini donduran, dənizdən blokada tətbiq edən, hər gün ərazisi bombalanan İranın "ABŞ üzərində qələbəsinin" mümkün olmayacağını dərk etməyə başlayıblar”.
Ə.Verdiyev deyib ki, ölkə var ki, söz ilə anlayır, ölkə də var ki, yumruqla anlayır:
“Ermənistan və İran bir çox məsələlərdə çox oxşardır. Heç biri insan dilini ilk dəfədən anlamır. Ermənistanı Azərbaycan Prezidenti başa saldı, İranı isə ABŞ prezidenti başa salmağa çalışır. Azərbaycan Prezidenti İlham Əliyevin "Tramp sülhsevər insandır" və ya Türkiyə Prezidenti R.T.Ərdoğanın "İran probleminin həlli üçün Tramp ilə birgə çalışırıq" bəyanatı isə yəqin ki, İranın qələbəsi barədə uzun uzadı boşboğazlıq edənləri eyforiyadan ayıldacaq. Maliyyə, loqistika, daşınma, infrastruktur, təhlükəsizlik və s. baxımından taleyi düşməndən asılı vəziyyətdə olan bir ölkə, heç bir vaxt, heç bir şərtlər altında qalıb ola bilməz. Şükür etsinlər ki, ABŞ ordusu Rusiya və ya İran terrorçuları kimi mülki insanlara, neft infrastrukturuna, elektrik stansiyalarına, su anbarlarına və s. atəş açmır. 47 il ərzində İran rejimi öz xalqından başqa kimsəyə qalib gəlməyib. Səbəbləri budur: Qalib olmaq üçün sarsılmaz Komandan, vahid idarəetmə sistemi, qüdrətli ordu, fasiləsiz təchizat zənciri, daim savaşa hazır etibarlı dostlar, beynəlxalq dəstək və s. olmalıdır”.
Hərbi ekspertin sözlərinə görə, İranda isə bunların heç biri yoxdur:
“ABŞ müdaxiləsi gözlənildiyi bir vaxtda, bu müdaxiləni bəhanə edib 52 min vətəndaşını gullələləyən İran rejimi, ölənlərin yaxınlarından ibarət əhali ilə müharibəni, həm də atasının dəfninə getməyən "karton dini rəhbər" ilə qazana bilməz. Komandan cəsur olmalidir, ölkə ərazisinin hər nöqtəsində xalqın içində olmalıdır, düşmənin və hətta ölümün gözünün içinə daim dik baxmalıdır. Yer altında gizlənmək, düşmən qarşısında əyilmək liderə yarasan xüsusiyyət deyil”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
14 Iyul 2026 11:15
"Şadam ki, Azərbaycan-Slovakiya əlaqələrinin inkişafı uğurla gedir" - İlham Əliyev
14 Iyul 2026 11:06
Prezidentlər Şuşada mətbuata bəyanatlarla çıxış edirlər - CANLI
14 Iyul 2026 10:40
Şuşada Prezident İlham Əliyevin Slovakiya Prezidenti ilə təkbətək görüşü olub
14 Iyul 2026 10:16
İlham Əliyev Slovakiya Prezidentini Şuşada qarşıladı - FOTOLAR
14 Iyul 2026 09:57
"Ermənistan mediasında revanşist qüvvələr hələ də üstünlük təşkil edir" - Hikmət Hacıyev
14 Iyul 2026 09:34
“Prezident Azərbaycanı orta güc elan etdi”
13 Iyul 2026 21:30
Slovakiya prezidenti Füzuliyə gəldi
13 Iyul 2026 20:56


Bakı -°C

