"Cəmiyyət valideyn məsuliyyəti və fərdi hüquqlar arasında tarazlıq tapmalıdır" - Prezidentin köməkçisi
Beynəlxalq diqqətin getdikcə daha çox yönəldiyi məsələlərdən biri də sosial medianın uşaqlara və yeniyetmələrə təsiridir. Bütün dünyada hökumətlər informasiyaya çıxışı və ifadə azadlığını qorumaqla yanaşı, gəncləri zərərli məzmun, kiberbullinq (virtual zorakılıq), asılılıq yaradan alqoritmlər və psixoloji risklərdən necə qorumağı yenidən qiymətləndirirlər.
Adalet.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunda deyib.
O qeyd edib ki, bu, texnologiyanın məhdudlaşdırılması ilə bağlı deyil, uşaqların qorunması və rəqəmsal innovasiyaların rəqəmsal məsuliyyətlə paralel şəkildə inkişaf etməsini təmin etməkdir. Hər bir cəmiyyət innovasiya, təhlükəsizlik, valideyn məsuliyyəti və fərdi hüquqlar arasında tarazlıq tapmalıdır. Universal bir həll yolu yoxdur, lakin gənc nəslin rifahını siyasətin mərkəzinə qoymaq kimi ortaq bir vəzifə var.
Digər Xəbərlər
14 Iyul 2026 11:17
“Artıq televizora baxmağa camaatda hövsələ də qalmayıb...”
14 Iyul 2026 11:17
“Dünyanın müxtəlif ölkələrindən jurnalistlərin Şuşaya gəlməsi...”
14 Iyul 2026 11:04
Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyəti ilə görüşdü
14 Iyul 2026 10:41
IV Şuşa Qlobal Media Forumunun ikinci günü öz işinə başlayıb
14 Iyul 2026 09:39
Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmasından 6 il ötür
13 Iyul 2026 18:55
“Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın” - Prezidentdən Mirşahinə
13 Iyul 2026 17:12
Sabah Məhərrəm ayı bitir
13 Iyul 2026 16:57


Bakı -°C

