adalet.az header logo
  • Bakı -°C
18 Mart 2026 10:08
110
DÜNYA
A- A+

"Müharibə bütün dünyaya təsir edəcək" - Əraqçi

"Bu müharibənin qlobal nəticələrinin dalğası hələ başlamayıb. Başlayanda isə sərvətindən, dinindən və irqindən asılı olmayaraq hər kəsi əhatə edəcək".

Adalet.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi özünün X hesabında yazıb. 

O, Yaxın Şərqdəki müharibənin nəticələrinin yalnız bu bölgə ilə məhdudlaşmayacağını və bütün dünyaya təsir edəcəyini açıqlayıb. 

Nazir həmçinin ABŞ Milli Terrorla Mübarizə Mərkəzinin direktorunun istefa məktubu yazmasından da danışıb. XİN rəhbəri beynəlxalq ictimaiyyətin digər üzvlərinin də bu mövqeləri izləməli olduğunu vurğulayıb. 

Bu arada, ABŞ Milli Terrorla Mübarizə Mərkəzinin direktoru Co Kent ötən gün ABŞ-İsrailin İrana qarşı müharibəsinə etiraz olaraq vəzifəsindən istefa verib. O, bildirib ki, ölkəsi müharibəyə İsrailin təzyiqi altında girib.