Qurban Yetirmişli: Güclü zəlzələ ehtimalı yoxdur
“Güclü, maqnitudası 6 və ondan yüksək olan, hissedilən, binalarda çatlar yaradan zəlzələnin baş vermə ehtimalı yoxdur”.
Adalet.az xəbər verir ki, bunu apa-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli məlumat verib.
"Xəzərdə maqnitudası 4-ə qədər olan zəlzələlər çox vaxt hiss edilmir. Çünki Xəzərdəki zəlzələ ocaqları, digər bölgələrdən fərqli olaraq, çox dərində yerləşir. Yəni 30 km-dən tutmuş 65-70 km dərinlikdə olur. Xəzərdə baş verən zəlzələnin hiss edilməsi üçün həmin yeraltı təkanın maqnitudası, azı, 5-dən yuxarı olmalıdır. Xırda təkanlar çoxdur. Respublika üzrə hər gün belə yeraltı təkanlar olur", - bildirib.
Qurban Yetirmişlinin sözlərinə görə,əgər güclü silkələnmə baş versə, sürüşməyə təsir göstərəcək, sürüşmə aktiv olan Badamdar, Bayıl, Zığ və bəzi bölgələrdə prosesi intensivləşdirəcək: “Düzdür, sürüşməyə daha çox güclü yağıntılar təsir göstərir. Amma hissedilən, çatlar yarada biləcək zəlzələ də sürüşməni aktivləşdirə bilər. Hələ ki, sürüşməyə təsir göstərəcək yeraltı təkan ehtimalı yoxdur”.
Qeyd edək ki, martın 16-sı Xəzər dənizində yerli vaxtla 05:57-də 74 km dərinlikdə, 3.1 maqnitudalı, 13:18-də 3.3 maqnitudalı zəlzələlər, bu gün isə yerli vaxtla 10:10-da 56 km dərinlikdə 3.6 maqnitudalı yeraltı təkan baş verib.
Digər Xəbərlər
18 Mart 2026 13:17
"Prioritet istiqamət təhsilin keyfiyyətinin yüksəldilməsidir" - Adil Kərimli
18 Mart 2026 12:45
"İnsanlıqdan başqa, istedad olmalıdır" - Polad Bülbüloğlu
18 Mart 2026 12:25
“Azərsun Holdinq” “SOS Uşaq Kənd”ində iftar verib
18 Mart 2026 12:24


Bakı -°C

