adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
02 Iyul 2018 12:48
9725
İDMAN

Muhammed Salahın həftəlik qazancı dodaq uçuqlatdı!

Adalet.azsaytı xarici mətbuata istinadən xəbər verir ki, dünyacaməşhur Misirli ulduz futbolçu Salah Liverpul ilə müqaviləsinin vaxtını uzadıb. 

Əvvəllər həftəlik qazancı 112 min yevro idisə, uzunmüddətli yeni müqavilə ilə Salahın həftəlik qazancı 221min yevro olacaq. Beləcə, Salah Real Madridə transfer olacağı barədə gəzən iddialarason qoydu.

Müqavilə 5 il müddətinə imzalanıb. 2023-cü ilə kimi özünü İngilis komandasına bağlayanSalah həftəlik qazancı ilə Liverpul tarixinin ən çox qazanan futbolçusu oldu.