adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
17 Sentyabr 2022 19:14
624
ŞOU-BİZNES

Müğənni Röya qəzaya düşdü - 3 avtomobilin toqquşduğu anın görüntüləri - VİDEO

"Hiss" ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Röya Məmmədova "Mokko" markalı nəqliyyat vasitəsi ilə qəza törədib.

Adalet.az sfera.az-a istinadla xəbər verir ki, sözügedən video sosial şəbəkədə yayılıb.

Hadisə arxada gedən "Mercedess" markalı avtomobilin qeydiyyat kamerası tərəfindən qeydə alınıb.

Görüntülərdə dönmə işığını yandırmayan sənətçi qəza şəraiti yaradaraq yolda üç avtomobilin toqquşmasına səbəb olub. Diqqət çəkən məqamlardan biri isə "Hiss"in avtomobilinin digər nəqliyyat vasitələrindən daha az ziyan dəyməsi olub.