adalet.az header logo
  • Bakı -°C
06 Iyul 2026 12:56
67
ŞOU-BİZNES
A- A+

Müğənni: “Belə yaşamaq istəmirəm”

Həmişə olduğu kimi bu  dəfə də Nadir Qafarzadə açıqlaması ilə diqqət çəkib.

Adalet.az bildirir ki, müğənni həyatında ən qorxulu məqamları dilə gətirib:

“Lap uşaqlıqdan zəhmətlə pul qazanmışam. Geyinməyə paltarım, yeməyə bir tikə çörəyim olmayan vaxtlarım olub. Bunu unuda bilmərəm. Heç vaxt keçmişimi danmıram. Ən qorxduğum məqam möhtac olmaqdır. Hər gün  dua edirəm ki, Allah məni heç kəsə möhtac etməsin. Ən çox da övlad qazancına möhtac olmaqdan qorxuram. Bunu heç kəs pis anlamasın. Ancaq belə yaşamaq istəmirəm. Kasıb da olsam, az da qazansam, amma övlada möhtac olmayım”.

Əntiqə