adalet.az header logo
  • Bakı -°C
06 Iyul 2026 12:55
68
ŞOU-BİZNES
A- A+

Aktyor: “Həmin dönəmdə çox adam birdən yox oldu”

Aktyor Müfiq Şahverdiyev  pandemiya dönəmində yaşadığı çətinlikdən danışıb.

Adalet.az bildirir ki, o, daha çox bu dövrdə dostlarının onu axtarmamasından gileylənib:

“Pandemiya elə bir dövr idi ki, insanlara çox şeyi izah etdi. Şəxsən mənə çox adamları tanıtdı. Bu dövrdə bütün sahələrdə durğunluq var idi. Amma bizim işimiz ümumiyyətlə dayanmışdı. Başqa vaxt mənə can deyən, toylarında görmək istəyən adamlar birdən- birə yox oldular. Bəziləri ilə əlaqəm var idi. Amma bir neçə şəxs vardı ki, tamamilə yox oldular. Sözsüz ki, mən də onları axtarmadım. Və belə adamları daha yaxşı tanımağa başladım. 
Elə adamlar var idi ki, onların obyektlərini pulsuz reklam etmişdim. Təkcə ailəsinin yox, hətta qohumlarının toyların pulsuz  idarə etmişdim. Pandemiya dönəmində müvəqqəti olaraq onlardan kömək istədim, ancaq onlar mənə dəstək olmadılar”.

Əntiqə