adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
05 Yanvar 2017 16:20
18383
MƏDƏNİYYƏT

MUĞAM TRİO Ağdam və Füzulidə...

İnsanillərin sayı ilə yox, əməllərinin nəticəsinə görə hörmət və nüfuz qazanır.Çalışdığı sahədə nümunəvi iş bacarığı, yüksək məsuliyyət hissi göstərənAzərbaycan Milli Konservatoriyasının müəllimi, əməkdar artist Təyyar Bayramovda belə insanlardandır.

Təyyar Bayramov 1976- cı ildə Ağdam rayonundaanadan olmuş,1994-1998 –ci illərdə Naxçıvan Universitetinin Hüquq fakültəsinibaşa vurduqdan sonra 1 il ixtisası üzrə çalışmağa başlamışdır. Ancaq anasının arzusuidi ki,oğlu xanəndə olsun.Bu istəklə ana dinləyicisi olduğu ustad xanəndəninprofessor Mənsum İbrahimovun dərsinə üz tutur və ustada oğlunun gözəl səsiolduğunu bildirir.Mənsum müəllimin dəvəti ilə Bayramov onun dərsinə gəlir vəustaddan müsbət rəy alır.Elə müəllimin məsləhəti ilə də xanəndəlik ixtisasınaqəbul olan gənc hüquqşünasımız AsəfZeynallı adına Musiqi Kollecini,Milli Konservatoriyanın bakalavr və magistrpilləsini də uğurla başa vurur.

Təhsil aldığı müddətdə texnikomlar arasımüsabiqə,Televiziya muğam müsabiqəsi, Beynəlxalq muğam müsabiqələrindəbirinciliyi qazanan ifaçı təhsilini başa vurduqdan sonra Bakı Humanitarkollecində,daha sonra bitirdiyi təhsil ocaqlarında pedaqoji fəaliyyətlə məşğul olur.

Müəllimlikpeşəsinin nüfuzunu hər bir bir müəllim öz iş və mənəvi keyfiyyətləri iləyüksəldə bilir. Bu şərəfli peşəni layiqincə təmsil etməyi bacaran Təyyarmüəllimin yetişdirdiyi gənc ifaçılar artıq muğam müsabiqələrində uğurla çıxışetmiş,münsiflər heyyəti tərəfindən yüksək qiymətləndirilmişdir.

Tez-tezxarici ölkələrdə - ABŞ, Almaniya, Fransa, Meksika və b. səfərlərdə olanTəyyar Bayramov birgə çalışdığı Muğam trio ilə muğamımızı layiqincə təmsiletmişdir.2016 –cı ildə trionun qazandığı böyük uğurlardan da biri bu oldu ki, Rusiyadakeçirilən "ЗОВ УРАЛА” festivalının1-cisi oldular.

Xanəndəyaxın zamanlarda muğam və təsniflərdən ibarət 6-cı diskini dinləyicilərinətəqdim edəcək. Bununla yanaşı Muğam trio Ağdam və Füzulidə konsert proqramı iləçıxışa hazırlaşır.

Oxucularadından trioya hər zaman zirvələrdəolmağı arzulayırıq...