Muğam Televiziya Müsabiqəsi başlayır
Heydər Əliyev Fondunun dəstəyi ilə IX Muğam Televiziya Müsabiqəsi başlayır.
Adalet.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə baş tutacaq müsabiqənin hazırda seçim turları keçirilir.
Aprelin 30-dək davam edəcək seçim turlarında münsiflər heyəti respublikanın bütün bölgələrindən müsabiqəyə sənəd təqdim edən iştirakçılar sırasından 20 nəfər gənc və 10 nəfər yeniyetməni seçəcək.
Münsiflər heyətinin üzvləri arasında Xalq artistləri Arif Babayev, Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Nəzakət Teymurova, Səkinə İsmayılova, Sərdar Fərəcov, Vamiq Məmmədəliyev, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi təmsil olunurlar.
Mayın 13-də start götürəcək IX Muğam Televiziya Müsabiqəsində yaşı 8-dən 30-a qədər olan yeniyetmə və gənclər iştirak edəcək. Yaşı 14-dən 17-yə qədər oğlanlar səs dəyişikliyi dövründə olmaları səbəbindən müsabiqəyə buraxılmır. Müsabiqədə iki yaş aralığında: 8-16 yaşında yeniyetmələr və 16-30 yaşında gənclər yarışacaqlar.
Həftənin 2-ci və 4-cü günləri Azərbaycan Televiziyasının və Mədəniyyət TV-nin canlı efirində əvvəl yeniyetmələrin, sonra isə gənclərin yarışması baş tutacaq və hər kateqoriya üzrə qaliblər müəyyən olunacaq.
Müsabiqə iştirakçıları klassik və müasir Azərbaycan şairlərinin qəzəllərini muğam şöbələri üzrə təqdim edəcək, həmçinin xalq mahnıları, təsniflər və zərb-muğamları ifa edəcəklər.
Avqust ayının sonunda isə IX Muğam Televiziya Müsabiqəsinin final konsertinin keçirilməsi və qaliblərin mükafatlandırılması nəzərdə tutulub.
Digər Xəbərlər
19 Mart 2026 15:09
“Bizə intellektual verilişlər lazımdır ki, ideoloji təbliğat aparaq...”
18 Mart 2026 11:29
"Bu il daha 8 min müəllim attestasiya prosesinə cəlb olunacaq" - Nazir
16 Mart 2026 16:25
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
10 Mart 2026 14:53
Leyla Əliyeva "Qız Qalası" qalereyasında - VİDEO
10 Mart 2026 12:30
Əməkdar artist: ““Kor” rejissorlara rast gəlməmişəm”
10 Mart 2026 11:58
Özündən əvvəl səsi tanınan adam - Əntiqə Kərimzadə yazır…
10 Mart 2026 10:38
118 Yaşlı Füzuli Teatrı - Mirqiyas Seyidsoylu yazır
02 Mart 2026 09:57


Bakı -°C

